Kişini qadına bağlamağın yolları

Kişini qadına bağlamağın yolları

1. Qadının kişiyə qarşı ən təsirli effekti şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

3. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.

4xoşbəxt gənc ailə. Kitab oxumağı vərdiş halına gətirin. Bir neçə hekayə oxuyun, yaddaşınızda saxlayın, evə gələrkən çay içərkən danışmağa başlayın. Hətta hekayənin əvvəlindən bir az danışın gerisini kitabdan oxumağa başlayın. Amma bunu edərkən həyat yoldaşınıza dərs vermək vəziyyətinə gətirməyin. Hələ dini mövzularda bir müəllim kimi danışmaqdan istifadə etməyin. Əks halda həmin dəqiqə həyat yoldaşınızdan «başıma müəllim kəsildin» sözünü eşidə bilərsiniz.

5. «Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin.

6. Ara-sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin

7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin.

8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin.

9. Bəzi axşamlar gəzməyə, alış-verişə, çöldə gəzməyə, yeməyə çıxın.

10. Özünüzdən, öz problemlərinizdən bəhs etməyin. Bir müddət həyat yoldaşınızın xoşbəxtliyinə vaxt ayırın. O xoşbəxt olarsa, sizin hüzurunuz da yaxşı olacaq.

11. Şikayətlərdən uzaq durun. Əksık olan şeyləri, dəyişdirilməsi lazım olan əşyaları hələlik gündəmə gətirməyin. Kişilər xüsusilə də əlavə xərcin çıxmasından narahat olurlar.

12. Uşaqlarınız varsa, onların təhsili, problemləri, həyata hazırlanmaları kimi atanın üzərinə düşən vəzifələri xatırladın.
 
xoşbəxt kişi və qadın
Top