İş məktubları necə yazılmalı

İş məktubları necə yazılmalı

Siz nə qədər də əvəzolunmaz və hörmətli əməkdaş olsanız da, məktubları elə yazmalısınız ki, sonradan üz qızardan hallar baş verməsin.
Məktubun mövzusu
Məktublarda bu əsas məqamlardan biridir. Bir kilometrlik izahatlara ehtiyac yoxdur. Qısa və lokanik olarsa, məktubunuz da tez bir zamanda oxunar. iş məktubu necə yazılmalı
Böyük fayllar
Məktublara böyük fayllar yükləməyin. Belə məktublar çox vaxt mail tərəfindən göndərilmir və ya qəbul edilmir. Virtual bokslar var onlar istifadə edə bilərsiniz.
Cümə günü
Məktubları cümə günün ikinci yarısında göndərmək yaxşı iş deyil. İstirahət günlərində heçkim məktub oxumaq istəmir və oxumur. Bazar ertəsi isə sizin məktubu spamlarla birlikdə zibil qutusuna atıla bilər.
Reply all (hərkəsə cavab yazmaq)
Əgər siz eyni zamanda bir neçə nəfərlə yazışırsınızsa, cavabı “Reply all” düyməsini basaraq hamıya eyni anda göndərin. Əks halda kimsə başa düşməyə bilər, lazımi cavablar alınmaya bilər.
Vacib
Hər göndərdiyiniz məktubu “vacib” kim qeyd etməyin, bunu edəndə diqqətli olun. Əks halda həqiqətən vacib olan məktubunuz bir gün oxunmaya da bilər.
Uzun yazışma
Eyni mövzü altında bir nəfərlə çox yazışmağa ehtiyac yoxdur. Bir sualı həll elədiniz – mövzunu bağlayın. Yeni məsələlər yarandı yeni mövzu altında yazışmağa başlayın. Belə yazışmalarınızı lazım gələrsə tez bir zamanda tapa bilərsiniz.


Mənbə: idol.az
Top