Azərbaycan Respublikasında iqtsadiyyatın bir sistemdən başqa bir sistemə keçməsi ilə əlaqədar ölkəmizin əhalisi bütün sahələr üçün ümumi olan qulluqçu vəzifəsində olanlarla əlaqədə olmaq məcburiyyətində qalır. Bu vəzifələri tutanlar bütün hallarda öz işlərini tələblər səviyyəsində qura bilmir və insanlarda narazılıqlar yaranmasının səbəbkarı olurlar. Hər gün rastlaşdığımız bu cür çətinlikləri öyrənmək, belə vəzifələri icra edən insanların nəyi etməyə borclu olduqlarını oxucularımızın nəzər diqqətinə çatdırmaq istəyirik. Bu cür vəzifələrdən biri böyük, yaxud kiçikliyindən asılı olmayan bütün idarə və təşkilatlarda mövcud olan mühasib vəzifəsidir.
Mühasibin vəzifə borcu mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının,təsərrüfat-maliyyə fəaliyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirir.
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak edir. O, əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onların hesabını emala hazırlayır. Pul vasitələrinin, əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir. Məhsulun, işin, xidmətin maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyi özündən yuxarı vəzifəli adamlara xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitin köçürülməsini həyata keçirir. Mühasib təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatın göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul, əmtəə-maddi qiymətlərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyasının aparılmasında fəal iştirak etməyə borcludur. Mühasibin öz işini düzgün qurması kollektiv əməkdaşlarının əhval-rühiyyəsinə həmişə müsbət təsir edir. Bunun əksi isə idarə və təşkilatlarda heç vaxt düzəlməyən qalmaqala səbəb ola bilir.
Müəssisə, idarə, təşkilat rəhbərliyi mühasib vəzifəsinə işçi götürərkən dediklərimizlə yanaşı, şəxsin ixtisasını, mühasibat sahəsindəki fəaliyyət müddətinə və s. keyfiyyətlərinə də diqqətli olmalıdır ki, acı nəticələrlə üzbəüz qalmasın.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT
Mühasib — təftişçi nəyi bilməlidir
Respublikamızda planlı sosialist iqtisadiyyatı bizim real həyatımızla vidalışıb və onun yerini bazar iqtisadiyyatı qanunları əvəz edib. Yeni yaranan iqtisadiyyatın özünə mənsub mühasibləri və mühasib-təftişçisi olması zərurətdir. Bütün idarə və təşkilatlarda işləmək üçün mühasib təftişsi ştatı var. Lakin, bu sahədə, şəraitdə öz işinin öhdəsindən müvəffəqiyyətlə gələ bilmirlər. İdarə və müəssisə rəhbərləri də bu vəzifəyə işçi götürəndə onun ancaq təhsil sənədləri ilə kifayətlənməli olurlar.
Gündəlik həyatımızda mövcud olan bu cür çətinlikləri öyrənmək, bu vəzifləri icra edən mütəxəssislərin nəyi etməyə borclu olduqlarını onların özlərinə, idarə və müəssisə rəhbərlərinə, oxucularımıza çatdırmaqla bu növ işlərə bir aydınlıq gətirmək istərdik.
Belə olan halda mühasib-təftişçi vəzifəsi tutanların vəzifə borcları nələrdən ibarət olmalıdır.
Mühasib-təftişçinin vəzifə borcu müəssisə, idarə, təşkilat və onların sərbəst balansında olan bölmələrin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi taşırıq əsasında təftiş edir. Təftişin nəticələrini vaxtında rəsmləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir. Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstəriş verir. Qəbul olunmuş pul vasitələrinin, əmtəə-maddi qiymətlərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir. Maliyyə vəsaitlərinin istifadəsində effektliyin yüksəlməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.
Mühasib-təftişçi, mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün yuxarı təşkilatların əsasnamə, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları;müəssisə, idarə və təşkilatda mühasibat hesabının metod və formalarını; uçot-hesabat hesabının metod və formalarını; uçot-hesabat plan və korespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmləşdirilməsini, təsərrüfat vəsaiti, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu; hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək inzamı qaydasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını yaxşı bilməlidir.
Mühasib-təftişçinin ödəniş dərəcələrinə ixtisas tələbləri belə olmalıdır:
7-ci dərəcə üzrə ali iqtisadi təhsil və mühasib vəzifəsində 3 ildən az olmayaraq iş stajı tələb olunur.
8-ci dərəcə üçün ali iqtisadi təhsil və mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı tələb olunur.
9-cu dərəcə üçün ali iqtisadi təhsil və 8-ci dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı olması tələb olunur.
10-11-ci dərəcə: aparıcı mühasib-təftişçi üçün ali iqtisadi təhsil, 9cu dərəcəli mühasib-təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı olduqda bu vəzifəni tutmalıdır.
Müəssisə, idarə və təşkilat rəhbərləri mühasib-təftişçi vəzifəsinə işçi götürərkən söylənilənlərlə yanaşı şəxsin digər keyfiyyətlərini də nəzərə almağa daha məqsədə uyğundur.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT
Baş mühasib nəyi bilməlidir
Bazar iqtisadiyyatı dövründə ölkəmizin əhalisi daha çox bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrində olanlarla təmasda olmaq məcburiyyətində qalırlar.
Təssüflər olsun ki, heç də həmişə belə vəzifələri tutuanlar öz işlərini lazımı səviyyədə qura bilmir, yaxud da qurmaq istəmirlər. Çoxlu çətinliklər törədən bu işlərdə bir aydınlıq yaratmaq üçün belə vəzifələr tutmuşların nəyi etməyə borclu olduqlarını və ümumilikdə əhalimizin onların işlərilə tanış edirik.
Belə vəzifələrdən biri, istənilən təşkilatda olan baş mühasib vəzifəsidir. Baş mühasibin vəzifə borcu:
Müəssisə təfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarınını muhasibat uçotu hesablarında (həmçinin, muhasibat uçotu registerlərində) düzgün əks etdirməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibit (maliyyə) hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfadaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatın məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlininin həyata keçirilməsini təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətını, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi, maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları əməliyyatların uçotunu təşkil edlir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara sudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fonduna sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondaların inventarizasiyasının, mühasibat uçotu və hesabatın təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nazarət edir.
Pul vəsaitləri və əmtəə-mal qiymətlilərinin çatışmazlıqları və oğrulanması haqqında materialların tərtibində iştirak edir, lazımi hallarda materialların cinayət orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür. Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirlməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Bütün bunlarla yanaşı baş mühasib aşağıdakı məsələləri də bilməyə borcludur.
Yuxarı təşkilatların qərar, srəncam və əmrlərini, mühasibat uçotunun təşkili, hesabatın tərtibi və müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş təşkilatlarının və digər rəhbər təşkilatların metodiki, normativ və digər rəhbər materiallarını; müəssisənin strukturunu, onun perspektiv inkişafını, mühasibat uçotunu müəssisələrdə təşkilinin təlimat və müddəalarını; maliyyə hesablarının forma və qaydalarını; pul vəsaitlərinin daxil edilmsi qəbulu, saxlanması və xərclənməsi qaydalarını; pul, əmtəə vəsailərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydasını və müddətini; yoxlanmış və sənədli təftişin qaydalarını; müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; istehsalın təşkilini, iqtisadiyyatını, əməyin və idarəetmənin təşkilini; vətəndaşlıq hüququna, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
İdarə, müəssisə, təşkilat rəhbərləri baş mühasib vəzifəsinə işçi seçərkən, söylənilənlərlə yanaşı, onun ixtisasına da fikir verməli, mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasib işi üzrə 5 ildən az olmayaraq iş stajı olan insanları bu vəzifəyə qəbul etməlidirlər.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT