Uğurlu iş

Uğurlu iş

Uğurlu iş 3 elementdən asılıdır:
1. Hal -hazırda olan işlərin ümumi vəziyyətinin anlaşılması
2. Şirkətin lazımi səviyyədə təmsil edilməsi
3. Prosesin bir vəziyyətdən digərinə keçidinin planlaşdırılması

Bir şirkəti açmazdan əvvəl siz aşagıdakıları yazıb və 100% cavablamalısınız :

Şirkət ->təşkil olunmuş forma ->vergilər ->əhatə dairəsi ->buraxılan məhsul,işlərin xarakteri ->rəqabət analizi ->fondlar və onların strukturu (işçilərin) ->satış strategiyası ->marketing->risklər->hədəf->təşkilatın güclü və zəif tərəfləri->lazımlı sərmayələr.

Unutmayın ki, siz işə yeni başlayırsınız, yaxşı olar ki, siz yeni məhsul və ya xidmət yaradasınız, ancaq əgər bu an üçün bunu etmək mümkün deyilsə, onda siz qiymət siyasəti haqqında hərtərəfli düşünməlisiniz.

Siz informasiya ilə doymalısınız, sizə işinizdə kömək edəcək məlumat toplayın. Siz öz yolunuzu seçməli, unikal məhsul və xidmət yaratmaq üçün çalışmalısız.

İlk başda boyük məbləğdə xərcinizin olmasına siz ruhi cəhətdən hazır olmalısınız. Məlumdur ki, işin ilkin mərhələsində istifadə etmək üçün ən azı yarım illik fond lazımdır. Əgər bu vəsaitlər kifayət deyilsə, digər alternativ mənbələri axtarmaq lazımdır.

Və əgər siz artıq bir təşkilat yaratmaq üçün qərar verdinizsə, biz sizə ancaq uğurlar arzulaya bilərik. Əsas odur ki, heç vaxt ruhdan düşməyin,əllərinizi salmayın və özünüzlə mehriban olun! Uğurlar!

Sizin biznesinizin böyük və ya kiçik olmasına və sizin qazanmaq istədiyiniz məbləğdən asılı olmayaraq, hər bir biznes qurmaq istəyən şəxsin biznes planı olmalıdır. Hər halda sizə biznes planı lazımdır.

Bunun üçün sizə aydın, içində hər şeyi ardıcıllıqla etməli olduğunuz bir plan lazımdır. Bir sözlə, sizə bütün iş əməliyyatının dəqiq planı lazımdır- başlanğıcdan məqsədə nail olana kimi. Elə bu da sizin biznes planınız olacaqdır. Və təcrübənin göstərdiyi kimi belə planlar işə yarayırlar.

Sizə biznes plan lazımdır? Onda gəlin göstərək necə yazmalısınız.

Bu, həqiqətən, çox asandır sadəcə oturub yazmaq lazımdır.Bu sizin çox vaxtınızı almayacaq, ancaq sizə çox xeyir verəcəkdir, ona görə də mən sizə elə indi oturub yazmağı məsləhət görürəm. Sadəcə olaraq, aşağıda müəyyən edilmiş qaydalara riayət edin və sizdə hər şey çox yaxşı, hətta əla alınacaqdır.

Sizin bütün biznes planınız bir A4 vərəqində olmalıdır. Bir çoxunuz bununla razı olmayacaqsınız, ancaq mən sizə onu deyim ki, əgər siz şəxsi biznesinizi qurmaq üçün öz məqsədlərinizi bir A4 vərəqinə sığışdıra bilmirsinizsə, ondabu o deməkdir ki, siz nə etmək istədiyinizi bilmirsiniz. Bu həm də o deməkdir ki, siz buna lazımi qədər diqqət yetirmirsiniz. Buna görə yadda saxlayın ki, sizin bütün biznes planınız bir vərəqdə olmalıdır!

Yaratdığınız biznesi dəqiq və aydın təsvir etmək lazımdır. Biznesə başlamazdan əvvəl siz özünüzə aydın və ideal bir gələcək təsəvvür etməlisiniz. Yəni siz təsəvvür etməlisiniz ki, sizin biznesiniz yaranıb, fəaliyyət göstərir və sizə istədiyiniz nəticəni verəndə necə görünəcəkdir. Əgər sizin biznesinizin necə olacağı haqqında fikriniz yoxdursa, onda siz onu necə qurmaq istəyirsiniz? Təsəvvür edə bilmədiyiniz şeyi yaratmaq olmaz. Sizin onun sonda necə olacağı haqda heç bir fikriniz yoxdursa onu qurmaq olmaz. Ona görə təsəvvür edin ki, hər şey hazır olduqdan sonra o necə olacaqdır. Və hər şeyi aydın olaraq yazın. Həmçinin aşağıdakı sualları da cavablandırın. 

— Mənim işimin ümumi konsepsiyası nədir?
— Mənim ideal müştərim kimdir?
— Mənim ideal müştərilərim nəyi haradan alırlar?
— Növbəti 90 gün ərzində mən nə qədər qazanmaq istəyirəm?
— Bir il ərzində mən nə qədər qazanmaq istəyirəm?
— Mənim əsas rəqiblərim kimlərdir?

Biznesinizin sosial təminatlarını təyin edin.Biznesinizin cəmiyyətə gətirəcəyi faydaları təsvir edin. Bu vacib şeyləri yazdıqdan sonra davam edin. Özünüzə sual verin. Nə üçün hədəf auditoriyasına təklif olunan məhsullarınızı və xidmətləri qəbul etməlidirlər? Bu suala dəqiq və ətraflı cavab verin.

Sizin məhsulunuz və ya xidmətiniz alıcının hansı problemini həll edir? Və sizin təklifi nə unikal edir? Yəni niyə müştərilər rəqiblərinizdən deyil də sizdən almalıdırlar?
Məqsəd və istəklərinizi yazın. Ən azı bəzi nəticələr əldə etmək üçün, sizin məqsəd və istəkləriniz yazılı formada qeyd olunmalıdır. Bizə təsirli və nəzərə çarpan nəticələr lazım oludu üçün onları belə yazmaq lazımdır: aydın, konkret, ölçülü. Ən yaxşısı bütün məqsəd və istəkləri yeni sıradan nömrələyərək yazmaqdır. Məsələn:

1. İl ərzində 100000 dollar qazanmaq

2. Növbəti 30 gün ərzində müştəri sayını 67-dən 101-ə qaldırmaq.

3. Növbəti ayından başlayaraq məhsulların sayını artırmaq.

Və hər məqsədə çatdıqda yanına bir işarə qoyaraq nail olduqlarınızı qeyd edə bilərsiniz.

Yazılı olaraq biznesinizin stratejı inkişafını qeyd edin. Məqsədlərinizə nail olmaq üçün nəyi? nə vaxt? və necə edəcəksiz? Bu sualların cavabı sizin biznes planınızda aydın və konkret olmalıdırlar.

— Sizin bütün bu məqsədlərə necə nail olacaqsınız?

— Reklam vasitəsi ilə?

-Şəxsi programın köməyi ilə?

— Birgə layihələrlə?

Nə qədər tez siz ora məhsullar əlavə edəcəksiniz? Bu məhsullar nələrə həsr olunacaqdır? Hansı formatda olacaqlar?

Və ən vacibi: Siz bunların hamısını edəcəksiniz?

Əslində həyatda online biznesin inkişafı və məqsədlərə çatmağın müxtəlif üsulları var. Və əlbəttə onların hamısına eyni vaxtda diqqət yetirmək mümkün deyil.

Ona görə sizin vəziyətiniz üçün ideal olan, sizə müəyyən edilmiş metodlar və üsulları seçmək lazımdır.

Fəaliyyət planını hazırlayın və işə başlayın. Yaxın zamanda sizin həyata keçirməli olduğunuz məqsədlərinizi,vəzifələrinizi, niyyətlərinizi və onlara nail olmağın yollarını müəyyənləşdirib yazın. Hər bir uğurlu addım üçün iş vaxtını müəyyənləşdirin. Bütün bu işləri etdikdən sonra siz düşünəcəksiz ki, nədən başlayım?

Cavabı çox asandır. Ən əvvəldən başlayın.

Sonra digər addımları atın və ardıcılıqla davam edin. Və əgər siz tənbəllik etməsəniz və hər şeyi vaxtında etsəniz, sizdə 100% hər şey alınacaqdır.

Bu qeyd olunmuş addımları edin və sonda sizin aydın, strukturlaşdırılmış qısa və effektiv biznes planınız olacaqdır. Elə indidən yazmağa başlayın, sonraya saxlamayın yoxsa, «sonra» vaxtı gəlməyəcəkdir. Bu sizin çox vaxtınızı almayacaq.

Uğurlar!!!
Top