Biznes və ya idman dünyasında olmasından asılı olmayaraq,ümumi məqsədlərə istiqamətlənmiş və birlikdə effektiv şəkildə işləməyi bacaran böyük komandaya malik olmaq çox əhəmiyyətlidir.
Komanda yaratmaq vaxt tələb edir.Biznesiniz üçün uğurlu komanda yaratmaq istəyirsinizsə, aşağıdakı 5 qızıl qayda sizə kömək ola bilər.
1. Aydın gözləntilər : Əmin olun ki, gözləntilərinizi aydın ifadə etməyi bacarmısınız və hər kəs öz rolunu, komandanın ümumi məqsədlərini başa düşüb.Komanda öz işini sizin şəxsi biznesinizin məqsəd, dəyər və baxışlarına necə uyğunlaşdırmalı olduğunu anlayıb mı?
2. Rollar və öhdəliklər : Biznesdə sizin rolunuzun nə olduğu barədə şəffaf olun.Əgər biznesinizin müvəffəqiyyət qazanması üçün vacib olan müəyyən məsələlərə dair bacarığınız yoxdursa, onda onları daha tez və effektiv həyata keçirmək üçün bu işi bilən və təcrübəsi olan insanlara tapşırın.Bu sizə daha çox vaxt qazandıracaq, biznesdə gəlirinizi artıracaq və həmçinin məqsədlərinizə daha tez çatmağa kömək olacaq.
3. Alətlər və resurslar : Tapşırıqlarını daha yaxşı yerinə yetirə bilmələri üçün komanda üzvlərinə lazımlı resurslar verin.Onlar hər hansı layihəni həyata keçirməyə başlamazdan əvvəl pul və resurslar barədə məhdudiyyətlər varsa, bilməlidirlər.Öz tapşırıqlarını effektiv şəkildə yerinə yetirə bilmələri üçün üzvlərə sərbəstlik verin və öhdəliklərini anlamalarına imkan yaradın.
4. Liderlik və əməkdaşlıq : Əmin olun ki,komandaya yaxşı liderlik edirsiniz və komanda üzvləri onlardan nələrin gözlənildiyini başa düşüblər.Əgər üzvlər hər hansı bir layihə üzərində birlikdə işləyirlərsə,hamının əməkdaşlıqda yaxşı iştirak etməsini,bir-birlərinin rol və öhdəliklərini anlamalarını təmin edin.
5. Şəffaf ünsiyyət : Tələblərinizdə ciddi olun.Komanda sizin onlardan konkret nə istədiyinizdən, tapşırıqların son tarixə qədər yerinə yetirilməli olduğundan və məqsədlərinizin nə olduğundan xəbərdar olmalıdır.Onlarla daima ünsiyyətdə olun və beləliklə,onların hər zaman nə baş verdiyindən,biznes zamanı hansı yeniliklərin olduğundan xəbəri olacaq,özlərini təcrid olunmuş hiss etməyəcəklər və sizin onlara etinasız yanaşdığınızı düşünməyəcəklər.
Əla komandaya malik olmaq uğurlu biznes qurmağın açarıdır.Əgər bu qaydalara diqqət etsəniz, sizi biznesinizdə hər zaman dəstəkləyəcək və məqsədlərinizə çatmağa kömək edəcək partnyorlardan ibarət böyük şəbəkə yarada bilərsiniz.