Harda işləmənizdən, hansı işlə məşğul olmanızdan asılı olmayaraq, ofisinizin bəzədilməsi üçün vaxt ayırın. Bir çox insan həftənin 40 saatını iş otağında keçirir, odur ki, daha məhsuldar olacağınız və işinizə müəyyən dərəcədə rəng qatacaq məkanın yaradılması olduqca vacibdir.
İş otağınız kimliyiniz haqda bir çox şey deyir, buna görə də ofisinizin bir qədər sadə, mütəşəkkil, rahat olmasına, ən önəmlisi isə peşəkarlığınızı əks etdirməsinə diqqət yetirin.
1. Nəyi təccəssüm etdiyinizi nəzərə alın. Mühasib,hüquqşünas və ya şirkət rəhbərisinizsə, ofisiniz özündə peşəkarlıq və qayda-qanun əks etdirməlidir. Yox əgər qrafik dizayner, fotoqrafsınızsa, iş otağınız daha rəngarəng və dəbdəbəli ola bilər.
2. İşə düzgün rəngləri seçməklə başlayın. Ağ, bej, sarı-şabalıdı kimi neytral rənglər daha peşəkar məkanlar üçün əla seçimdir.
3. Ofisiniz üçün mebel seçməmişdən əvvəl bir qədər araşdırma aparın. Paslanmayan polad, şam və ya ağcaqayın sinif və ya qəbul otağı üçün uyğun gəldiyi halda, qırmızı ağac peşəkarlığı təcəssüm etdirir.
4. Kiçik konfrans masası, kitab şkafı almağı unutmayın. Kitabları saxlamaq və nümayiş etdirmək üçün əlverlişli yerin olması vacibdir.
5. Divarlarınızı qazandığınız sertifikatlar və xüsusi dərəclərlə yanaşı, bəzəyəcək rəsimlər, zövqlü çərçivələrlə bəzədilmiş şəkillər seçin.
6. Offisinizin dizaynını tamamlamaq üçün saat, qələm dəsti, şəxsi fotolarınız kimi masanızı bəzəyəcək digər faydalı və cəlbedici əşyalar seçin.
Göstərişlər:
— İş otağınızın işıqlandırılmasına da xüsusi diqqət ayırın. Günəş işığı və ofis işığı arasında balans yaradın.
Tərcümə etdi: Rəfiqə Zamanova