Müsahibə zamanı edəcəkləriniz

Müsahibə zamanı edəcəkləriniz

- Müsahibə götürənlərin adlarını öyrənməli və sual soruşarkən adlarını söyləməklə xitab etmək lazımdır.
- Müsahibəyə başlamazdan öncə şirkət və elan olunmuş iş haqqında məlumat verilməsini xahiş edin.
- Müsahibə əsnasında icazə alaraq, öncədən hazırladığınız işlə bağlı sualları soruşmaq müsbət fikir oyada bilər.
- Müsahibə zamanı lazım olan məlumatları qeydə almağınız proses boyunca sizə daim kömək ola bilər.
- Tələblərdə xarici dil varsa, müsahibənin bir qisminin və ya tam hissəsinin xarici dildə keçəcəyini unutmayın.
- Müsahibə zaman soyuqqanlı və rahat olmalısınız.
- Görüşdüyünüz insanlarla yaxşı əhval-ruhiyədə davranmalı və müsbət enerji verməlisiniz. 
- Müsahibə zaman hər hansı bir içki götürməməyiniz məsləhətdir. Diqqətinizi görüşə cəmləyin.
- Özünüzü çox müvəffəqiyyətli bir adam olaraq görün və bu istiqamətdə motivasiya olun.
- Özünüzə güvənməyiniz bədən dilinizdən(*) müəyyən olunmalıdır.
- Güclü xüsusiyyətlərinizi, bacarıqlarınızı və maraqlarınızı ön plana çıxarın.
- Qarşı tərəf danışarkən sizə faydalı məlumatlar təqdim edəcəyi üçün müsahibinizin sözünü kəsməyin.
- Müsahibə zamanı öz haqqınızda danışdıqlarınız daha öncədən təqdim etdiyiniz CV ilə üst-üstə düşməlidir.
- Qərarlı olmalı, kariera hədəflərinizi dəqiq olaraq şərh etməlisiniz.
- Gələcəklə əlaqədar, sirr olmayan planlarınızı açıq şəkildə ortaya qoymalısınız.
- Bədən dilinizə, mimika və jestlərinizə diqqət yetirməlisiniz.
- Bu işi və şirkəti niyə seçdiyinizi izah etməlisiniz.
- Təhsil həyatınızdakı müvəffəqiyyətlərinizi və ictimai fəaliyyətinizi danışmalısınız.
- İş həyatınızda məsul olduğunuz layihələr və ya etdiyiniz fərqliliklərdən bəhs etməniz faydalı olacaqdır.
- Müsahibəni istiqamətli və konkret olaraq yürütməli, subyektiv yanaşmadan uzaq durmalısınız.
- Müsahibə zamanının məhdud, qarşı tərəfinsə razı salmanızın vacib olduğunu əsla unutmayın.
- Onlara sizi niyə seçməli olduqlarını izah etməlisiniz.
- Bu günə qədər əldə etdiyiniz mükafatlar və ya təhsil dərəcələriniz varsa, mütləq qeyd etməlisiniz.
- İlk müsahibələrdə əmək haqqı mövzusuna toxunmayın, əgər qarşı tərəf soruşarsa ortalama bir rəqəm söyləyin və bu mövzuda firmanın əmək haqqı siyasətini daha öncədən öyrənin(müraciət etməmişdən qabaq).

Mənbə:fuadoglu.com

Həmşinin bax: CV necə yazılmalı?

Top