CV yazanda buraxlan səhvlər

CV yazanda buraxlan səhvlər

Müraciət etdiyiniz işə nə qədər uyğun olsanız belə, müraciət formanızda etdiyiniz aşağıdakı səhvlər şansınıza sərhəd qoyur. Düzgün tərtib edəcəyiniz ərizə forması (CV) müraciət etdiyiniz şirkətin qarşısında sizin imicinizi doğru formalaşdırmaqla yanaşı kariyeranızın uğuruna da böyük zəmin yaradır.
  • Əcaib e-poçt adları
    Göndərdiyiniz CV tələb olunan işə uyğunluğunuz haqda ilk təəssürat yaratmışdır. Lakin, bir anlıq sizin e-poçt ünvanınız diqqətimi cəlb edir. [email protected], [email protected] Bunlar sizə, sizin işinizə və ciddiyətə heç aid olmayan qəribə adlardır. Bunun üçün ən doğru yol ad və ya soyadınızla əlaqədar ünvan seçmənizdir.
  • Qarışıq CV forması
    Fövqəladə bir kağıza, ayaq üstə və yumağa bənzər söz yığını kimi yazılmış CV ilə işə düzəlmək şansınız olduqca azdır. CV-lərin bir çoxu ilk baxış zamanı süzgəcdən keçirilir. Səliqəli, səlis və düşünülərək yazılmasına diqqət yetirilir.
  • Rəsm seçimi
    Mobil telefonunuzla, hər hansısa bir əyləncə yerində çəkilən, dostlarınızla və yaxınlarınızla olan şəkildən kəsilən, qəribə tərz və pozalarda çəkilən fotolardan bəhs edirəm. Bunları dostlarınıza göndərə bilər və ya çərçivəyə salıb otağınızdan asa bilərsiniz. Ciddi geyimlə, arxa fonu mümkün qədər sadə və ya vəsiqəlik bir rəsminizi göndərmək ən doğru yoldur.
  • Təhsiliniz haqda
    Təhsil bölməsində oxuduğunuz bütün məktəblərin adını yazmağa gərək yoxdur. Bu haqda işə götürənin tələbi yoxdursa heç yazmasanız daha yaxşı olar. Çünki, bu işverən üçün önəmli məlumatlar deyildir. Önəmli olan natamam-ali, ali və ya daha yüksək dərəcələrdir.
  • Təcrübə
    Ən çox səhv edilən hissə məhz bu bölümdür. İş təcrübələrinin yalnız nələr olduğunu yazmaq yetərli deyil. Hansı firmada nə etdiniz? Məsul olduğunuz işlər nələr idi? Hansı layihələrdə iştirak etmisiniz? Bəli! Əhəmiyyətli olan bu detallardır. Məsələn: X şirkəti olaraq sizə mühəndislik işi təklif edirəm. Bəs nəyin mühəndisliyini? Sizin cavab verdiyiniz detallarda ən az bunun qədər əhəmiyyətlidir.
  • İşlədiyiniz şirkətlər
    Bu günə kimi heç bir şirkətdə çalışmamısınızsa, elə isə təhsil təcrübənizi qeyd edin. Ailə üzvlərinizin və ya dostlarınızın işini yazmayın. Belə düşünün: İşə götürüldüyünüz halda yazdığınız qondarma şirkətlərdən birində çox yaxın tanışınız ortaya çıxsa nə edərdiniz? Təcrübə olmadan iş tapmaq çətin olsa belə, sonra bu yalanın bilinməsi sizin üçün çox pis kariyera başlanğıcı ola bilər.
Top