İşdə özünüzü necə aparırsız?

İşdə özünüzü necə aparırsız?

İnsanın iş həyatı ilə əlaqədar xasiyyəti haqqında təsəvvür əldə etmək üçün Levinsonun aşağıdakı testindən istifadə etmək olar. Siz də bu testdən keçin. Aşağıdakı suallara verdiyimiz müsbət cavabları hesablayın.

1-Tənqid edərkən səhv edənin "başına ağıl qoymağa" cəhd edirsiniz, yoxsa elə, "qamçılamağa" çalışırsınız ki, özünə gələ bilməsin?

2-Sizin təşkilatda baş verən nə varsa hamısına tam nəzarət etməyə ehtiyac duyursunuzmu?

3-Bütün tədbirlər üçün sizdən icazə alınmasını tələb edirsinizmi?

iş yerində gülərüz insansınızmı?4-İclaslarda çıxışlarınız çoxmu uzun çəkir?

5-Rəqibin dəlillərini rədd eləmək üçün ona tələsik hücum etməyə vərdiş etmisinizmi?

6-Ətrafdakılar öz fikirlərini sizinlə müzakirə eməkdən çəkinirlərmi?

7-Mübahisəyə ehtiyac duyursunuzmu? İstənilən mövzuda müzakirəyə tezmi girişirsiniz?

8-Yüksək mövqeyin və hakimiyyətin zahiri əlamətləri sizin üçün çoxmu önəmlidir?

9-Sizə verilən vəzifə səlahiyyətini və ya hökmranlığı, başqasına təqdim etməyə həvəsləmi razı olursunuz?

10-Uğursuzluqda nəyin bahasına olur olsun məsuliyyətdən yaxa qurtarmağa çalışırsınızmı?

11-Öz fəaliyyətinizdən danışanda "mən" əvəzliyindən tez-tezmi istifadə edirsiz?

12-Adamlar sizin haqqınızda çox soyuq və ehtiyatlamı danışırlar?

13-Həmkarlarınızdan və rütbəli yoldaşlarınızda daha səriştəli olduğunuzu düşünüb bunu onların diqqətinə çatdırmağa çalışırsınızmı?

Heç olmasa 3 suala müsbət cavab verilərsə xasiyyətinizin bəzi cəhətlərinin ətrafdakılar tərəfindən o qədər asan qəbul edilmədiyi barədə düşünmək lazımdır.

Əgər 6 müsbət cavab verilərsə, bu o deməkdir ki, sizin həmkarlarınızla münasibətiniz düşündüyünüzdən  daha gərgindir.

Çoxlu sayda müsbət cavab olduqda öz xasiyyətiniz haqda ciddi düşünməlisiz.

Məqalə Azad Mirzəcanzadənin "İxtisasa giriş" kitabına əsasən tərtib olunub.

Həmçinin temperament və xarakterlər arasında əlaqə haqqında da oxuyun.

Top