Söhbətə başlamaq üçün nə etmək lazımdır?

Söhbətə başlamaq üçün nə etmək lazımdır?

Düşünürəm ki, çoxlarımızın hələ də bu barədə bilmədiyi bəzi məqamlar var və ümumiyyətlə danışıq qabiliyyəti insanda çox önəmli faktordur. Aşağıdakı qaydalara əməl etmək məqsədə uyğun hesab edilir.

1. Xoş əhval-ruhiyyə, təbəssüm. Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər.

2. İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir.

3. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun.

4. Söhbət zamanı susmayın. Sizə sualla müraciət olunduqda, mütləq onu cavablandırın.

5. Əgər siz kafedəsinizsə, orada olan digər gənclərə qoşula bilərsiniz. Eləcə də siz artıq kiminləsə tanış olmusunuzsa, onu sizə qoşulmağa dəvət edin (məsələn, kinoya getməyə və s.)

6. Yeni tanış olduğunuz insanlara elektron poçtu vasitəsi ilə balaca dostluq məktubu göndərin və ona cavab verilməsini izləyin.

7. Yeni tanışlarınızla çatda, forumda ünsiyyətdə olun.

8. Yeni tanışlarınıza hər hansı bir işində kömək etməyi təklif edin.

9. Yeni tanışlarınızı zənglərinizlə bezdirməyin. Unutmayın ki, heç kim ona həddindən artrq zənglərin olmasını istəmir.

10.Yeni tanışlarınıza gəzintiyə çıxmağı, mağazaların vitrinlərini seyr etməyi və şəhərin diqqətəlayiq yerlərini gəzməyi təklif edin.
Top