Diş həkimliyindən mətbəxə, qol güləşindən ova

Diş həkimliyindən mətbəxə, qol güləşindən ova

Vladimir Putin 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra iqtisadiyyat üzrə magistr təhsili alıb. 1975-ci ildən SSRİ DTK-də çalışmağa başlayıb və bir müddət Almaniyada xidmət edib.
1991-ci ilin avqustunda Dövlət Təhlükəsizlik Komitəsini tərk edən gələcək prezident 1996-cı ilə qədər Sankt-Peterburq meriyasında müşavir və merin 1-ci müavini çalışır. Vladimir Putin
Putin 1998-ci ildə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə gəlib. Növbəti il yarım ərzində o, sürətli karyera sıçrayışına nail olub, əvvəlcə baş nazir, sonra isə Rusiya prezidenti kürsüsünü tutub.
Putin ilk dəfə 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilib. 2008-2012-ci illərdə baş nazir kimi fəaliyyət göstərib. O, 2012 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qalib gəlib.
Vladimir Putin
68 yaşlı siyasi lider sonuncu seçkilərdə jurnalistin ona ünvanladığı “ növbəti prezident seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?” sualına gülərək cavab verib. «Siz dediyiniz bir az gülməlidir. Düşünürsünüz ki, 100 yaşınadək burada qalacağam?»
1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənən Putinin Mariya və Katerina adlı 2 qızı var. Rusiya lideri 2013-cü ildə xanımından boşanıb.
 
 
Mənbə: modern.az
Top