İlk Vegeterianlar

İlk Vegeterianlar

Misirdə iri və xırda buynuzlu heyvanların və Nildə balıqların çox olmasına baxmayaraq, sən demə, misirlilər daha çox meyvə-tərəvəz və bitki kökləri ilə qidalanırmışlar. Son tədqiqatlar göstərir ki, ilk vegetarianlar zövq baxımından indiki vegetarianlardan elə də çox fərqlənməmişlər. Misirşunaslar artıq çoxdan sübut etmişlər ki, qədim misirlilər ətdən çox az miqdarda istifadə ediblər. Onlar ət çatışmamazlığını antilop və digər heyvanların əhliləşdirilməsi ilə kompensasiya edirlərmiş. Qədim yazıların heç birində misirlilərin donuz, keçi, qoyun əti yeməsi haqda məlumata rast gəlinmir.
İlk vegeterianlar
Halbuki, hələ ta qədimdən Yuxarı Misirdə bu ev heyvanlarını sürü ilə saxlayırdılar. Sadə misirlilərin ancaq bayram süfrələrində ət yeməklərinə rast gəlmək olurdu. Ümumilikdə belə bir nəticə hasil olur ki, misirlilər meyvə-tərəvəzə daha üstünlük vermişlər. Lionlu Aleksandra Tuzo və Kristof Lekyüiranın rəhbərlik etdiyi fransız tədqiqatçıları qədim misirlilərin daha çox nələrlə qidalandıqlarını müəyyənləşdirmək üçün mumiyalar üzərində tədqiqatlar aparmışlar. Bu işdə tədqiqatçılara insanları qida ilə qəbul etdiyi karbon atomlarının tədqiqi kömək etmişdir.
Təbiətdə bu elementin 2 tipinə rast gəlinir:
  • daha ağır və nadir C-13
  • daha yüngül C-12.
Bununla belə, bitkinin fotosintezində C-13 ya çox olur, ya da ki, əksinə, C -12 çox olur. C-13-ə qarğıdalı, şəkər çuğunduru, darı və s. çox karbon qəbul edən bitkilər daxildir… C-12-ə isə buğda, çovdar, taxıl,düyü və s. az karbon qəbul edən bitkilər daxildir… Tədqiqatlar zamanı məlum olub ki, qədim misirlilərin qida rasionundakı bitkilər arasında ən az darı və kalış (darıya oxşar dənli bitkilər) bitkilərindən istifadə olunub. Qədim misirlilər heç də nahaq yerə tərəvəzi “ilin ərzaqı” adlandırmırdılar. Kahı və salatı isə qədim misirlilər “Mina İlahəsinin bitkisi” adlandırırdılar və bütün kahı sahələrinin qarşısında İlahə Minanın heykəlləri ucaldılırdı. Qədim misirlilərə görə, kahı kişilərdə və qadınlarda nəsil vermə qabiliyyətini artırır. Tədqiqatlar göstərmişdir ki, qədim Misirdə kahıdan daha çox xristianlığı təbliğ edən misirlilər istifadə edirlərmiş və o zamanlar kahı çiy halda bitki yağı və duz əlavə edilərək qəbul edilirmiş. Alimlər üçün misirlilərin balığı sevməməsi çox gözlənilməz olmuşdur. Çünki, əlində nizə və tor tutmuş balıqçı kişi təsvir edilmiş freskalar və heykəllər qədim Misirdə heç də az olmamışdır. Tarixdən məlum olduğu kimi, qədim Misirdə neçə yüzilliklər menyuya balıq yeməkləri daxil edilməmişdir. Balıq yeməklərini ancaq bəzi şəhər və vilayətlərdə xristianlığı təbliğ edən misirlilər yeyirdilər. Qədim Misirdə vegetarianlıq ənənəsi bir neçə yüzilliklər dəyişməz olaraq qalmışdır.
 
 
Mənbə: cazibe.info
Top