Yaşlı nəslin üstünlüyü qazandıqları xoşbəxtlikləridir

Yaşlı nəslin üstünlüyü qazandıqları xoşbəxtlikləridir

Yaşın özü ilə gətirdiyi fiziki qüsurlara baxmayaraq, yaşlı insanların daha xoşbəxt olduğu da danılmaz faktdır.
Clinical Psychiatry (Kliniki Psixatriya) jurnalı vasitəsilə işıq üzü görən yeni araşdırma San Dieqoda 21 və 99 yaş aralığında seçilmiş təsadüfi 1,546 insan arasında aparılıb və onlardan telefonla aparılan intervyudan sonra fiziki, əqli və mental sağlamlıqları ilə bağlı uzun bir anketi doldurmaları tələb olunub. Suallar onların həyatdan hansı səviyyədə məmnun olduqları, depressiyanı, narahatlığı və gərginliyi nə səviyyədə yaşadıqları ilə bağlı idi. Yaşlı nəslin üstünlüyü qazandıqları xoşbəxtlikləridir
Yaşlıların hər zaman qəmgin, həyata küskün, zəif, əsəbi olduqları haqda bir düşüncənin olduğu fikrini irəli sürən, San Dieqoda yerləşən Kaliforniya Universitetinin Sağlam Yaşlanma Mərkəzinin direktoru və yaşlı nəsil üzrə psixiatrist Dr.Dilip Jeste (Dilip Cest) bu araşdırmanın analitiki idi. Ona görə, xoşbəxtlik və rifah “U” formalıdır. Göstərici ən aşağıya, yəni orta yaş dövrünə çatdıqdan sonra yenidən yaşlı dövrə qalxır.
Ancaq bu, araşdırmanın nəticəsi deyildi. Yaşlı təbəqə gənc nəsildən fərqli olaraq fiziki və əqli aktlarda daha zəif olsalar belə, mental sağlamlıq mövzusunda göstərici tərsinə hərəkət edir. Belə ki, 20 və ya 30 yaşlarında olan insanlar daha çox kədər, narahatlıq və gərginlik dolu həyata sahib olduqlarını bildirirdilər. Bundan başqa, onlar xoşbəxtlik və rifahdan uzaq olduqları halda, təəccüblü şəkildə, yaşlılar üçün bu, əksinə idi. Sözü gedən araşdırma sadəcə məlumat toplama xarakteri daşıyırdı. Yəni, tədqiqatçılar sorğu apardıqları fərdlərin sonradan həyatlarını hansısa yöndə dəyişib-dəyişmədiklərini izləməyiblər. “Ancaq işə ümumi nəzər salsaq görərik ki, insanlar yaşlaşdıqca həyatlarının yaxşıya doğru dəyişdiyi aşikardır. Belə görünür ki, yaşla ağıl düz mütənasibdir”, Jeste bildirir.
Heç gənc olmanın niyə çətin olduğunu düşündünüzmü? Jeste-ə görə, bir çox emosional təsirlərə və dəyişikliklərə malik olan yeniyetməlik dövründən sonra maliyyə, təhsil, romantika və kariyera problemlərini də özü ilə gətirən gənclik dövrü başlayır. “Həmyaşıdlar tərəfindən hər zaman təzyiq mövcud olur: bu yaşda digərlərinə baxaraq nə üçün onlar kimi uğurlar qazanmadığınızı sorğulayır və imkanlarınızın olduğu halda onları dəyərləndirmədiyinizə görə özünüzü günahlandırırsınız.” Yaşlı nəsil isə, belə xırda və gərəksiz detalların həyatlarına girməsinə imkan vermir və müdriklik adlandırılan dəyərli məfhuma daha çox yer verirlər. Buna səbəb isə emosional cəhətdən dözümlü və mərhəmətli olmaq, ağıllı sosial seçimlər etmək arzusudur.
Bəzi faktlar göstərir ki, müasir həyatda yaşamaq keçmişdəkinə nəzərən yaşlı nəsil üçün daha asandır. Bir araşdırmanın nəticəsinə görə, həyata qarşı olan məmnunsuzluq hissinin göstəriciləri 1998 və 2008-ci illər arasında xeyli aşağı düşmüşdür. Başqa tədqiqata görə isə, son illərdə gənclərə nəzərən daha çox qəmgin və narahat həyat sürən ortayaşlı təbəqənin vəziyyəti də gözləniləndən aşağı səviyyədədir. Səbəblər hələ də tam dəqiq olmasa da, Jeste düşünür ki, cəmiyyətdəki dəyişimdən gənc qız və oğlanların yaşlı nəslə nəzərən daha çox təsirlənməsi qloballaşma, texnoloji inkişaf, təhsildə rəqabətin artması və cəmiyyətdə qadının rolundakı dəyişikliklər səbəbindən irəli gəlir. “Tez-tez baş verən dəyişikliklər bundan daha çox təsirlənən fərdlərə eyni formada stres də gətirir”.


Mənbə: cazibe.info
Top