Kofe qalığını tullamadan, istifadə edin

Kofe qalığını tullamadan, istifadə edin

Türk qəhvəsi və ya filtrli qəhvə hazırladıqdan sonra qalan qalığını atmaq əvəzinə yenidən istifadə edə bilərsiniz. Üyüdülmüş kofe tumları, dəmləndikdən içərisində olan yağ və aroma böyük ölçüdə suya keçsə də, yetərli miqdarda yağ və qoxu qalır. Geriyə qalan bu təbii qalığı fərqlı yerlərdə istifadə edə bilərsiniz.
Bitkilərin torpağına əlavə edin
Saxsı və ya bağınızda bitkilər varsa, torpağı zənginləşdirmək üçün kofe qalığını torpaqla qarışdırıb, bitkiyə ekstra-mineral verə bilərsiniz. Qəhvə paxlası maqnezium, kaliumla zəngindir və torpaqla qarışdıqda bitkinin qidalanmasına kömək edir. Kofe qalığını tullamadan, istifadə edin
Soyuducuda qoxu önləyici olaraq istifadə edin. Balaca bir qab içərisində, soyuducunun rəfinə qoyun və pis qoxunun qarşısını almaq üçün istifadə edin.
Dərinizdə peelinq olaraq istifadə edin
Həssas və quru dərilərə tövsiyə edilməsə də, dəriyə qulluq rejimində peelinqdən istifadə edənlər türk qəhvəsinin qalığına zeytun yağı damladaraq istifadə edə bilərlər.
Qazanlardakı ləkələri çıxarmaq üçün istifadə edə bilərsiniz. Qazandakı ləkələri təmizləmək üçün də qalıqlarından asanlıqla istifadə edə bilərsiniz.
Selüliti aparmaq üçün də istifadə edə bilərsiniz
Kofe kimi içkilər çox vaxt selülitə səbəb olur, ancaq tərkibində kofein tərkibli məhsulların dərinin xaricindən istifadə edilməsi selülitin aradan qaldırılmasına kömək edir. Bunun üçün selülit sahələrini mütəmadi olaraq kofe ilə masaj edə bilərsiniz. Evinizdə və dərinizə qulluqda qəhvə qalığını istifadə etdikdə, bir daha atmayacaqsınız.


Mənbə: topic.az
Top