Məşhur insanlar haqda maraqlı faktlar

Məşhur insanlar haqda maraqlı faktlar

Jan Batist Lüli niyə öldü?
Sən demə, direjor dəyənəyi insan ölümünə səbəb ola bilər. Misal üçün, 1632-1687-ci illərdə yaşamış fransalı bəstəkar Jan Batist Lülinin ölümünə məhz direjor dəyənəyi səbəb olub.
Sara Bernarın — qəribəliyi
Hər insanın özünəməxsus qəribəlikləri var. Kiminsə şokoladdan asılılığı var, kimsə siçandan qorxur. Amma dünya kinosunun əfsanəsi sayılan fransalı aktrisa Sara Bernarın banklara etibar etməmə meyli vardır.
Məşhur insanlar haqda maraqlı faktlar
Qleyds Fleyme r — 90 il stajı olan qadın sürücü
Deyirlər ki, maşın sürmək qadınlıq deyil. Lakin sürücülük üzrə stajla bağlı rekord məhz qadına məxsusdur. Qleyds Fleymer — 90 il sürücülük stajı olan qadın sürücüdür.
Janna Luiza Kalman – Yer kürəsinin ən yaşlı uzunömürlü sakini
Dünyanın ən uzunömürlü sakini kimi Janna Luiza Kalman tanınıb. Onun sənədlərdə fiksə olunmuş doğum və ölüm tarixləri Jannanın 122 il 64 gün yaşadığını təsdiqləyir.
Benjamin Franklin haqda maraqlı fakt - Benjamin Franklin 11 övladdan 9-cusu idi. O, 17 yanvar 1706-ci ildə Bostonda anadan olub. Onun atası sabunçı idi. Atası Franklinə heç 1 sent də verə bilmədiyi vaxtda o, evi tərk etdi. Franklin iş tapmaq üçün 80 km məsafəni qət etdi.
Pablo Pikasso haqda maraqlı fakt - Məşhur rəssam 1881-ci ildə anadan olub. Onun tam adı qəribə olub. Belə ki, Pikassonun tam adı bu cür idi: Pablo Diyeqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Kipriano de la Santisima Trinidad Martir Patrisio Ruis i Pikasso (ispanca. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso). 1900-ci ildə Parisdə yaşayarkən ciddi maliyyə problemləri vardı və o, isinmək və işığda işləmək üçün rəsmlərinin çoxunu yandırırdı. Qeyd edək ki, onun “Arzu” adlı rəsmi hal-hazırda bir neçə milyon dollar dəyərindədi.
Albert Enşteyn - Albert Enşteyn 14 mart 1879-ci ildə Almaniyanın Ulm şəhərində anadan olub. Deyilənlərə görə, Enşteyn həqiqətdə məktəbdə çox da yaxşı oxumurdu. Bəzi müəllimlər qeyd edirdilər ki, onun dərsləri çatdırmaması qabiliyyətlərinin olmamasından deyildi, sadə təvazökarlığından idi. 12 yaşında Enşteyn özü riyaziyyat ilə maraqlanmağa başladı.
Enşteyn faşizmə etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina edib.
Enşteyn 18 aprel 1955-ci ildə vəfat edib. Vəfatından qabaq təmtəraqsız dəfn edilməsini vəsiyyət etmişdir. Və 19 apreldə elan edilmədən 12 ən yaxın dostlarının iştirakı ilə dəfn edilib.
Teodor Ruzvelt - ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt 27 oktyabr 1858-ci ildə Nyu-York şəhərində anadan olub. Teodor Ruzvelt ilk prezident idi ki, Ağ Evə qaradərilərin nümayəndəsini dəvət etdi. 1906-cı ildə dünya Nobel mükafatı laureatı olub.
Avraam Linkoln - ABŞ prezidenti Avraam Linkoln 12 fevral 1809-cu ildə anadan olub. Respublikaçılar partiyasını yaradıb. ABŞ-da quldarlığın ləğvi onun adı ilə bağlıdır.


Mənbə: deyerler.org
Top