Təmiz su sağlamlığın təməlidir

Təmiz su sağlamlığın təməlidir

Su planetimizin tarixinin təməlidir, hər şeyin tərkibinə daxildir və onu əhatə edir.Azərbaycanda suyun müqəddəsliyi, onun (qorunmasının, mühafizə edilməsinin) əhəmiyyəti şifahi xalq ədəbiyyatımızda, adət-ənənə və inanclarımızın kökündə durur. Bunu həyatımızın müxtəlif anlarında təsadüf etdiyimiz, öyrəndiyimiz bayramlar, mərasimlər və s. sübut edir. Məsələn, Novruz bayramı, Kövsəc bayramı tipli mərasimlər buna sübutdur.Dünya Ehtiyatları İnstitutunun qiymətləndirmələrinə görə, 13 ölkə dünyanın ən su ilə təmin olunmayan dövləti sayılmışdır.Su davamlı bir tarazlıq içində “müəyyən bir miqdar”a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamı da su dövriyyəsi sayəsində təmin olunur.
Fransanın “Solidarites İnternational” Xeyriyyə Təşkilatının təqdim etdiyi rəqəmlər də diqqətçəkicidir. Onların hesablamalarına görə, hazırda 7 milyardlıq Yer əhalisinin 1,9 milyardı təmiz içməli suya möhtacdır.
Əhalinin sayının artması ilə içməli suya və ərzaq məhsullarına (tələbat da, ehtiyac da) (yüksəlir, artır ). BMT ekspertlərinin proqnozlarına görə, 2050-ci ildə qidaya və suya tələbat müvafiq olaraq 70% və 20% arta bilər, bu zaman qlobal suya tələbat dünyanın içməli su ehtiyatlarının, demək olar ki, 90%-nə təsir göstərəcək.
İnkişaf edən dünyanın bir çox regionlarında təhlükəsiz içməli su və ərzaq məhsullarının istehsalı üçün istifadə olunan təmizlənmiş su ilə bağlı xidmətlər eyni deyil. Əgər heç bir tədbir görülməzsə, 2030-cu ildə 5 milyard insan, yəni planet əhalisinin 67%-i kifayət qədər təmizlənmiş suya möhtac qalacaq.
Təəssüf ki, müasir texnogen dünya külli miqdarda su “içir”, su adlandırılması mümkün olmayan “mənbələrin” isə içilməsi həyat üçün təhlükə törədir. Yəni zaman keçir – suyun keyfiyyət göstəriciləri dəyişir.
İnsan orqanizminin 70%-ni su təşkil edir. Tədqiqatlara görə, yaşından və sağlamlığından asılı olaraq, insan orqanizmində 30-50 litr həcmində müxtəlif mayelər var. Orqanizm nə qədər gənc olarsa, burada suyun miqdarı bir o qədər çox olur. Su orqanizmə şlakları, həyat fəaliyyətinin məhsullarını, ölmüş hüceyrələri, virusları, toksinləri, bakteriyaları və digər zərərli maddələri çıxartmaq üçün lazımdır. Əgər su çatışmırsa və hüceyrə membranından şlakın çıxarılması pozulursa, onda orqanizmin özünüzəhərləməsi başlanır, “çirkli” mayenin daxili yerdəyişməsi baş verir.
Avropa və ABŞ-da butulkalaşdırılmış suya tələbat durmadan azalsa da, Asiya, Afrika, Avstraliya və Şərqi Avropanın hesabına dünya bazarında ona tələbat artmaqdadır.
Plastik butulka və birdəfəlik qablardan başqa, CD və DVD disklərin tərkibində də bisfenol A var.


Müəllif: Lətifə Hüseynova, “Yer və insan” jurnalından
Mənbə: AZƏRBAYCAN DİLİ 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə DƏRSLİK
Top