Yuxuda ilan görmək nəyə işarədir?

Yuxuda ilan görmək nəyə işarədir?

Əgər yuxunuzda ilan görmüsüzsə narahat olmağa dəyər. Çünki yuxuda ilan görmək elə də xeyirə yozulmaz.
Əgər bir qadın yuxusunda ölmüş ilanın onu sancdığını görübsə, reallıqda riyakar bir dostun qərəzi ona iztirablar yaşadacaq.
Yuxuda qıvrılan, ya da kimınsə üzərinə düşən ilanları görmək sağ qalmaq uğrunda mübarizə və vicdan əzabına işarədir.
Yuxuda ilanları öldürmək maraqlarınızın müdafiəsı, məqsədlərinizə çatmaq, yaxud da başqalarının onlarla hesablaşması üçün əlinizdən gələni edəcəksiniz. Düşmənlər üzərində qələbə çalacaqsınız.
İlanların üstündən atlayıb keçmək hər zaman xəstələnmək qorxusu içində yaşayacağınıza işarədir, bəzi insanlar isə dostlar dairəsində daim sizin yerinizə göz dikəcəklər.
Yuxuda ilanlar sizi sancırsa, mərdiməzar əməllərə uyacaqsınız, nəticədə düşmənlər sizin işinizə xələl yetirəcək.yuxuda ilan görmək
Yaşıl otluqda sürünərək sizə doğru xallı bir ilan yaxınlaşır, siz kənara atlanırsınız, o da yanınızdan ötüb keçirsə və siz dərhal onun barəsində unutmaq üzrə olanda o, yenidən böyüyərək nəhəng bir əjdahaya dönüb sizin üstünüzə yeriyirsə, siz isə cidd–cəhdlərdən sonra ondan yaxa qurtarıb tamamilə bu dəhşətli görüntülərdən azad olmağı bacarırsınızsa, deməli, real həyatda yaxın gələcəkdə siz ətrafdakıların sizə etinasız və hörmətsiz yanaşdığını, işlərinizin isə getdikcə pisləşdiyini zənn edəcəksiniz. Xəstəliklər, narahatlıq, şiddətli qəzəb hissləriniz get–gedə təxəyyülünüzdə böyüsə də, tezliklə hər şey yoluna düşəcək: əsassız narahatlıqlarınız unudulacaq, üzərinizə götürdüyünüz öhdəçiliklər bir kənara qoyulacaq, siz isə mükafatlanaraq məmnunluq əldə edəcəksiniz.
Əgər yuxuda ilanın sizə halqavarı şəkildə sarılaraq zəhərli dilini sancdığını görmüsünüzsə, deməli, düşmənlərin həmlələri qarşısında acizlik çəkəcəksiniz. Üstəlik, sağlamlığınızın da zəifləyəcəyi ehtimalı var.
İlanı əlinizdə tutduğunuzu görmüsünüzsə, reallıqdakı ilk baxışdan əhəmiyyətsiz olan hadisələr sizə əzabverici narahatlıq və qayğılar bəxş edəcək.
Gördüyünüz ilanlar gözünüz önündə əcaib şəkillərə düşmüşsə, belə bir yuxu xoşagəlməz hallar törədə bilər. Lakin siz ruh yüksəkliyinizi əldən verməyib bu bəlalara əhəmiyyət verməsəniz, onlar tezliklə sovrulub gedəcək.
Yuxuda ilan görmək, çayın dayaz yerindən keçərkən və yaxud çayda çimərkən ilanı tapdamısınızsa, reallıqda saf bir sevincin intizarını çəkərək nigarançılıq keçirəcəksiniz.
İlanların başqalarını sancdığını görməniz dostunuzun xətrinə dəyə biləcəyinizi bildirir.
Balaca ilanlar görmək əl altından işlər çevirərək, sizə böhtan atıb adınızı ləkələməyə işarədir. Həmçinin işlərinizi əngəlləməyə çalışan insanlara qarşı xoşrəftar davranmanıza dair bir xəbərdarlıqdır.
Yuxuda ilanlarla oynaşan uşaqlar görmək dostunuzu–düşməninizi ayırd etmək istədikdə çaşqınlıq içində qalacağınızdan xəbər verir.
Hansısa bir xanım yuxuda ilanın fısıltısını eşidərək, arxasında olan uşağa görə narahatlıq, həyəcan keçirirsə, reallıqda çox dəyər verdiyi bir şeydən öz xeyri naminə imtina etmək məcburiyyətində qalacaq; lakin daha sonra ədalətsiz bir fitnə–fəsada cəlb olunduğu aşkara çıxacaq.
Yuxuda cığırda dayanmış dostunuzu və onun arxasından təhlükəli halda başlarını ucaldan ilanlar görmüsünüzsə, reallıqda tezliklə sizə və dostunuza qarşı hazırlanmış bir sui–qəsdi ifşa etməyi bacaracaqsınız. Lakin dostunuzun ilanları ciddi nəzarət altında saxladığını görməniz hansısa nüfuzlu bir təşkilatın sizin maraqlarınıza uyğun çalışdığını və bədxah fitnələri dəf edəcəyini bildirir.
Qadın xeylağı ilanın onu tilsimlədiyini görmüşdürsə, müxtəlif cür təqiblərə məruz qalacaq, lakin onun haqlarının müdafiəsinə qanun  və nüfuzlu dost–tanış qalxacaq.

Mənbə: atv.az
Top