Uşaqlıqdan bizə tanış olan bu qırmızı, üzəri ulduz şəkilli balzam bir çox işimizə yaraya bilər. Balzamın tərkibinə qarışqa turşusu, mentollu yağlar, evkalipt, mixək, darçın, nanə, itburnu ekstraktı, vazelin, kamfora yağı və digər köməkçi maddələr daxildir.
Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir.
1. Havanı təmizləyir
Bunun üçün hava təravətləndiricinin içinə bir az balzam əlavə edib çalxalayın. Sonra bu qarışımdan otağa vurun. Bu havadakı mikrobları, zərərli maddələri dərhal məhv edib, təravətli qoxu yaradacaq.
2. Dabanlarınızı təmizləyəcək
Gecə yatmazdan qabaq dabanlarınıza balzamdan nazik qat sürtüb corab geyinin. Bir gecə ayağınızda saxlayıb səhər qabarmış dərini dabandaşı ilə təmizləyin. Bu proseduru 2-3 gün etsəniz dabanlarınızın pambıq kimi yumşaq olmasının şahidi olacaqsınız.
3. Baş ağrılarını aradan qaldırır
Bunun üçün balzamdan bir az götürüb gicgahlarınıza və alnınıza çəkib yavaşca masaj edin. Balzam dərhal isitmə funksiyasını yerinə yetirib ağrını dəf edəcək.
4. Heyvanların xoşagəlməz qoxusunu yox edir
Əgər siz evdə heyvan bəsləməyi sevirsinizsə vyetnam mazı burada da köməyinizə çatacaq. Balzamdan bir az suya əlavə edib, heyvanlarınızın tualetlərinin etdiyi yerlərə səpin. Bu xoşagəlməz qoxunu dərhal yox edəcək. Bundan əlavə o sizi həşaratlardan da qoruyacaq. Həşaratlara qarşı bütün qoruyucu vasitələrin tərkibində kimyəvi maddələr olur. Təbii vasitə kimi siz burada da bu qarışımdan istifadə edə bilərsiniz. Bu sizi və evinizi milçəklərdən, ağcaqanadlardan və digər həşaratlardan qoruyacaq.
5. Dırnaq göbələyini müalicə edir
Bunun üçün hər gün yatmazdan öncə balzamdan göbələk infeksiyası olan dırnaqlarınıza çəkin. Bir müddətdən sonra balzamın möcüzəvi nəticəsinin şahidi olacaqsınız.
6. Qarın yağlarını azaldır
Kamfora həblərini spirt, soda və vyetnam mazı ilə qarışdırın. Krem şəklində olan qarışımdan qarın nahiyəsinə çəkib sellofanla bağlayıb yatın. Bu prosesi 2 həftə təkrarlayın. Bundan alınan nəticə sizi çox qane edəcək.
7. İltihab və infeksiyanın qarşısını alır
Zədə və yaralar asanlıqla infeksiyaya yoluxa bilir. Bunun üçün əvvəl yaraları təmizləyib az miqdarda vyetnam mazı sürtün. Bu yaraların sağalma prosesini tezləşdirəcək.
8. Sizin yumşaq mebelinizi pişik cırmağından qoruyur
Pişiklər sevimli ev heyvanı olmaqla yanaşı sizə ziyan da verə bilər. Pişiklər yumşaq və rahat bir əşya görəndə onları cirmaqlamağı xoşlayırlar. Bunun üçün divana yaxın bir yerdə açıq şəkildə bu balzamdan qoyun. Bundan sonra sizin sevimli heyvanınız ora yaxınlaşmayacaq.
9. Kürək və əzələ ağrılarına qarşı
Vyetnam balzamı kürək və əzələ ağrılarına qarşı çox effektiv vasitədir. Siz ancaq ağrıyan hissələrə bu balzamdan sürtüb masaj edin. Bu zaman balzam ağrıyan hissəni qızışdırıb ağrını yox edəcək.
10.⠀Dəri çatlarının azalmasına kömək edir
Əgər dərinizdə çatlar yaranıbsa, o zaman çarəsini axtarmaq lazımdır. Bunun üçün məlhəmdən çartlamış dəriyə sürtün. Bu prosesi 2 həftə davam etsəniz tezliklə gördüyünüz nəticə sizi sevindirəcək.⠀
11. Dəri göyərməsini aradan qaldırır
Əgər bədən göyərməsinin tez bir zamanda aradan qalxmasını istəyirsinizsə üzərinə mütləq vyetnam mazı çəkin. Bu zaman ləkənin tez bir zamanda yoxa çıxmasını görəcəksiniz.
Unutmayın mazdan çox çəkmək, dərini yandıra bilər.
olke.az