Qiqeya qədim yunan mifologiyasında sağlamlıq ilahəsi idi. Onun atası Asklepios — şəfa tanrısı, anası isə Epiona idi. Asklepiosun simvolu əsaya sarılmış ilan, qızı Qiqeyanın simvolu isə qədəhə sarılmış bir ilandır. Qiqeya camdan ilanı yedizdirən gənc bir qadın olaraq təsvir edilir.
Əfsanəvi yunan həkimi Asklepios həmişə öz əsərlərində ilanı təsvir etməyə çalışıb. İlanların tibbdə rolunun olması barədə söylədikləri onu dahi həkim — hətta həkimlərin tanrısı etmişdir. Bu barədə qədim yunan əfsanələrində danışılır.
Əfsanəyə görə Asklepios və ya Eskulap yunan çarı Minosomun sarayına dəvət olunur ki, onun ölmüş oğlunu xaç suyuna salsın. Həkim saraya gedərkən görür ki, onun əsasına ilan dolaşıb. O, qorxur və əsa ilə tez ilanı öldürür.
Sonra həkim ölmüş ilanın yanında ikinci ilanın peyda olduğunu görür. İkinci ilanın ağzında bir ot olur. Asklepios ikinci ilanı ölmüş ilanın xaç suyuna salması üçün ağzında ot gətirdiyini düşünür və həmin otlardan yığıb çarın oğlunun xaç suyuna salınmasında istifadə edir.
Bu barədə araşdırmalar aparan mütəxəssislər ilanın ölüm mələyi və ya xəstəlikləri hürküdən biri olması barədə düşünürlər. Bəzi əfsanələrə görə ilan dilini çıxardıb oynatmaqla qarşısındakı heyvanı hipnoz edib zəhərlədiyinə görə o həm xoşbəxtliyin və bədbəxtliyin, həm də həyat və ölümün simvolu sayılır. İlanın sarılaraq fincana doğru əyilməsi isə bütün dərman vasitələrinin, o cümlədən ilan zəhərindən hazırlanan dərmanların da fincanda hazırlanmasına işarətdir.
İlanla əlaqəli ilk simvol bizim eradan əvvəl 800-600-cü illərə təsadüf edir. Düzdür həmin dövrlərdəki simvollarda ilan və fincan ayrı-ayrı çəkilib.
Qiqeyanın Camı ən azı 1796-cı ilə qədər əczaçılığın simvolu və Paris Əczaçılıq Cəmiyyəti üçün basılmış bir sikkə üzərində istifadə edilmişdir. O zamandan bəri bu simvol dünyada Amerika, Kanada Əczaçılar Birliyi, Avstraliya Əczaçılar Cəmiyyəti və Əczaçılar Dərnəyinin Həkimi kimi bir çox əczaçılıq assosiasiyaları tərəfindən qəbul edilmişdir. Hazırda Avropada Qiqeyanın Camı apteklərin simvolu kimi istifadə olunur. Amerikada isə apteklərdə həvəngdəstə simvolundan istifadə olunur.