Alimlərin fikrinə görə, boynun çevrəsi insan sağlamlığından xəbər verir. Normada boynun çevrəsi qadınlarda 34,5 sm, kişilərdə — 38,8 sm qədər olmalıdır.
Mütəxəssislər sübut edir ki, bu ölçüləri olan insanlarda bir çox xəstəliklərin riski xeyli aşağı olur. Əksinə çevrənin artması bəzi çox ağır xəstəliklərin riskini artırır.
Bu xəstəliklər arasında:
— şəkərli diabet
— hipertoniya (yüksək təzyiq)
— ürək-damar sistemi xəstəlikləri
— infarkt
— yuxunun obstruktiv apnoe sindromu (yuxuda nəfəsalmanın müvəqqəti dayanması ilə müşayiət olunan ciddi pozulma. Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.)
— piylənmə
Boynun çevrəsini ölçdükdə boynun ən nazik hissəsi ölçülür.
Məlumat həkim Andrey Beloveşkinin saytından götürülüb.