Siz | Kəlməbaz

Siz | Kəlməbaz

Biz ailə üzvülərimizdən və yaxın adamlarımızdan savayı, bütün yaşlılara “siz” deyə müraciət edirik. Bəs bu şəxs əvəzliyi nə zaman yaranıb?

“Siz” müraciəti qədim Roma dövründən bizə yadigardır. O zaman Roma dövlətində iki imperator mövcud idi. Onlardan birisi Roma şəhərində, digəri isə Konstantinopolda əyləşirdi. Onların hər hansına müraciət etmək lazım gələndə “siz” deyirdilər. 

Hökmdara yazılan ərizə də “siz” ilə başlanırdı. Sonra bu imperiya ikiyə parçalandı (Qərb və Şərq imperiyaları). Qərbi Roma bərbər qəbilələrinin hücumuna davam gətirməyib süquta uğradı. Sonralar həmin qəbilələrin ayrı-ayrı başçıları da yerli əhalidən onlara “siz” deyə müraciət etmələrini tələb etdilər.

Başqa bir fərziyyəyə görə, nəzakət əlaməti sayılan “siz” müraciəti “biz” şəxs əvəzliyinin qarşılıqlı formasıdır. Romanın siyasi xadimləri özləri barədə tez-tez “biz” şəxs əvəzliyini işlədirdilər. Məsələn: Mark Tulli Siseron romalılara müraciət edərkən, -“biz Romanı Katilinədək xilas etdik” – dedikdə, heç də bütün camaatı deyil, şəxsən özünü nəzərdə tuturdu. Beləliklə, qədim siyasi xadimlərdən, natiqlərdən, yazıçılardan bizə qədər gəlib çıxan “siz” şəxs əvəzliyi indi adi müraciət formasına çevrilmişdir.
Top