Amin | Kəlməbaz

Amin | Kəlməbaz

“Amin” sözünün etimologiyası qədim Misir tanrısı Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı kimi qəbul edilir.

Bibliya və Qurandan az çox başı çıxanlar bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.

Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində Günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə Günəş simvolu kimi təqdim olunduğunu açıq aydın göstərilir.

Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dilində olan kitabda (Tanax) isə Amin “yaradılışın başlanğıcı” və “hər şeyin şahidcisi” kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmutda Amin sözü – “güvənilən tanrı” kimi qələmə verilir.

Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.

Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun) “amana” sözündən formalaşıb, ibrani köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif lam mim” və “əlif lam ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Loğman, Səcdə); Əlif Lam Ra (Yunus, Hud, Yusif, İbrahim, Hicr).

Maraqlı məqamlardan biri – gördüyünüz bu surələrdə İncildən- Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərfi – “işartı” mənasını verir. Tanıdığımız Amen Ra isə “Günəş allahı” sayılır.

İudaizm və xristianlıqda da “Amin” sözü eyni mənanı daşıyır, dua zamanı çox istifadə edilir.

İslamda “Amin” sözünə Quranda rast gəlinmir. Lakin Fatihə surəsindən sonra çox vaxt “Amin” deyilir. İslamda “Amin” sözünə ancaq hədislərdə rast gəlmək olar. Və əsasən sünnilər “amin”dən çox istifadə edir. “Qoy belə olsun” mənasından daşısa da, əsl mənası “tanrı, günahlarımızı bağışla” mənasını verir. Hansı tanrını sizi bağışlamasını dilədiyiniz isə oxuduğunuzdan aydın oldu.
Top