Cəhənnəm | Kəlməbaz

Cəhənnəm | Kəlməbaz

Gehenna və yaxud Gehinnom vadisi İsraildə, Qüdsdə yerləşən vadilərdən biri. Əhti-Cədiddə aramey dilində Gehenna kimi gedir. Yəhudilərin “Ge Hennom” sözünə ekvivalentdir. Bu söz tərcümədə Hinnomlar vadisi kimi ifadə olunur. Qədim ivrit dilində Hinnom qardaşlarının yaşadığı ərazi kimi qeyd olunur. Yəhudi Bibliyasında Baal, Caanit, Molox tanrıları həmin ərazidə öz uşaqlarını odda yandırmaqla qurban verib.

Yəhudilikdə, Xristianlıqda və İslamda Cəhənnəm şər məkanı kimi qeyd edilir. Əhti-Ətiqdə “Gai Ben-Hinnom” kimi gedən bu söz “Hinnom uşaqlarının vadisi” kimi tərcümə olunur. Həmçinin Talmutda Gehinnam, Gehinnom kimi qeyd edilib.

Bibliyanin bir versiyasında dəfələrlə “Hinnom vadisi”, “Hinnom oğullarının vadisi” işlədilib. Yəhudilərin Bibliyasında “uşaqlarınızın oddan keçdiyi yer” kimi də qeyd olunur. Markın Bibliyasında Gehenna “meyidləri qurd basan” yer kimi qələmə verilir. Qədim yəhudi yazılarına görə vaxtilə həmin ərazi romalılara tabe olmayanların, məhkumların, günahkarlara işgəncə verilən, diri-diri yandırılan yer kimi tanınıb.

Quranda isə Cəhənnəm sözü (Jahannam, Jahennem) 77 dəfə səslənir və Allahın günahkar insanlara verəcəyi əsas işgəncə üsulu kimi günahkarların odda yandırılması təsvir olunur.
Top