«Bilmirәm» vә ya «Mәn sizi anlamıram» deyil. Halbuki saysız internet saytı vә ensiklopediyalar bundan ümumi bir yanlış anlama nümunәsi kimi bәhs etmәkdәdir.
Hekayәnin әsli daha maraqlıdır. 18-ci әsr Avstraliyasında 250 fәrqli dildә danışan 700 Aborigen qәbilәsi vardı. Kenquru (ganguru) Botani körfәzində danışılan «Guugu Ymithirr» dilindәn gәlir vә böyük boz ya da qara kenquru (Marcoprus robustus) demәkdir. İngilislәr içәrilәrә doğru irәlilәdikcә bu sözü hәr yaşda kenquru vә valabi (kenquru növü) üçün istifadә etdilәr.
«Baagandji»lәr Botani körfәzindәn 2250 km uzaqda yaşayır vә Guugu Ymithirr dilini bilmirdilәr. Bu sözü ingilislәrdәn eşidib sözün «daha әvvәl heç kimin tanlmadığı heyvan» mәnasına gәldiyini zәnn etdilәr. Vә heç bir zaman at görmәdiklәrindәn bu sözü (kifayәt qәdәr mәntiqli bir şәkildә) ingilislәrin atları üçün istifadә etdilәr.