Kəhrəba əslində daş deyil. Bu qədim ağacların daşlaşmış qətranıdır.
Kəhrəba qədim zamanlarda əsasən müalicəvi vasitə kimi istifadə olunurdu. Təbiblər kəhrəba tozunu zəhərlənmə, epilepsiya, cinsi zəiflik, sonsuzluq və bir çox digər xəstəliklərin müalicəsində istifadə edirdi.
Dahi təbib İbn Sina (Avisenna) kəhrəbanın köməyi ilə dabanlarda çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə edirdi.
Elmdə sübut olunub ki, kəhrəba orqanizmə fizioterapevtik təsir edir.
Kəhraba əhvalı yaxşılaşdırır, depressiyanı azaldır, yuxunu tənzimləyir. Yuxusuzluqdan əziyyət çəkən insanlara yastığa kəhrəba daşı qoymağı tövsiyə edirlər.
Qədimdə narahat yatan körpənin beşiyinin üzərində kəhraba daşı asırdılar.
Kəhrəba immun sisteminə stimullaşdırıcı təsir edir, soyuqdəymə xəstəliklərin riskini azaldır.
Kəhrəbanın qalxanvari vəziyə də müsbət təsiri var. Qədim zamanlardan qadınlar özünü qalxanvari vəzi xəstəliklərindən qorumaq üçün kəhrəba boyunbaqlarından istifadə edirdi. Təbii ki, ciddi qalxanvari vəzi xəstəliklərini kəhrəbanın köməyi ilə müalicə etmək mümkün deyil. Lakin müəyyən profilaktik təsiri mövcuddur.
Kəhrəbanın tərkibində olan kəhrəba turşusu güclü biostimulyator sayılır. Onun orqanizmə olan müsbət təsiri çox genişdir — sinir və mədə-bağırsaq sistemləri, böyrəklər, maddələr mübadiləsi və s.
Bu turşu həmçinin iltihabəleyhinə təsirə sahibdir. Bu səbəbdən kəhrəba revmatizm, tənəffüs yolları iltihabları, bronxial astma zamanı kömək edir.
Kəhrəba meteohassas insanlara da kömək edə bilər. Havanın dəyişilməsi zamanı kəhrəbadan olan boyunbağı və ya qolbaq taxın və ya sadəcə kəhraba daşını cibinizdə gəzdirin.
Kəhrəba daşı ilə üz massajı dəriyə çox müsbət təsir edir — dərini cavanlaşdırır, daha təravətli, hamar və parlaq edir.
Nəzərə almaq lazımdır ki, yalnız təbii, emal olunmamış kəhrəba orqanizmə müalicəvi təsir edir.