Cənnət | Kəlməbaz

Cənnət | Kəlməbaz

İbranicə “Gan Eden”, ərəbcə Jan`nat`Edn. Jannah – ərəbcə bağ sözünün qısalmış versıyasıdır (ibr. Gan, ərəb.Jan). Jannah Edn – Edn bağı dəməkdir. Edem sözünün kökü Şumer dilində “edin” sözünə gedib çıxır və tərcümədə bu da “düz”, “düzənlik” deməkdir. Edem bağı ilk olaraq Bibliyada səslənir. Sonradan isə Quranda bir çox ayələrdə Cənnət və Edn bağları haqda ayələr var.

Eden bağı harada yerləşir?
Bibliyada Yaradılışın 2-ci fəslində Adəm və Həvvanın Eden bağında olduğu deyilir. Eden bağı çoxlarının tanıdığı qədim Mesopotamiya ərazisində, yəni Yer kürəsində yerləşir. Bibliya, Yaradılış. 2.
10. Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
11. Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.
12. Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.
13. İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır.
14. Üçüncü çayın adı Dəclədir. O, Assur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
15. Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.
16. Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.
17. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
18. Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».
19. Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.
20. İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.
21. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.
22. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
23. İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək,Çünki o, kişidən götürülüb».
24. Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.
25. Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

Əgər Bibliyada Yaradılış fəslindəki bu qeydlərə fikir verdinizsə, Eden bağı Dəclə və Fərat çayının vadisində yerləşdiyi qeyd olunub. Hansı ki, Assuriyanın da adi qeyd edilir (Aşşur > Assur). Həmçinin yuxarıda Eden sözünün etomologiyasının “düzənlik” mənasını verən Şumer sözü “edin”ə gedib çıxdığını qeyd etmişdim. Assuriya, Şumer Mesopotamiya ərazisində Dəclə və Fərat çaylarının ətrafında yerləşən qədim şəhərlər olduğunu da çoxları bilir. Gördüyünüz kimi sivilizasıyanin ilk şəhərləri ilə dinlər də inkişaf etməyə, pagan inanclardan ilahi dinlər formalaşmağa başlayıb.

Indi isə Qurandan Edenlə bağlı ayelərdən bir neçəsini qeyd edim. Tövbə sürəsi, ayə 72. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Rad surəsi, ayə 23. əməlisaleh ataları, zövcə**ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər): Nəhl surəsi, ayə 31. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. Məryəm surəsi, ayə 61. (Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.

Gafir surəsi, aye 8. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.

Beyinnə surəsi, ayə 8. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!
Top