Lakonlar cənubi Yunanıstanda Lakoniya adlanan yerdə yaşayırdılar. Cəsurluqları ilə seçilən xalqdırlar. Qısa, yığcam danışları, dəqiq nitqləri ilə seçilirdilər.
Lakonik danışmaq ifadəsinin tarixi də bu xalqla bağlıdır. Onların bu cəhəti barədə tarixdə bir çox rəvayətlər var. Onların ən yaxşı nümunəsi Lakonların Makedoniyalı Flippə cavabıdır. Flipp bütün Yunanıstana sahib olmaq isteyirdi. O zamanlar yalniz Laconia tutulmamışdı.
Flipp lakonlara məktub göndərir: "Əgər mən sizin ölkənizi tutsam onu dağıdacam, yerlə-yeksan edəcəm". Bir necə gündən sonra laconlardan cavab məktubu gəlir. Orada bir söz yazılmısdı. “Əgər”.