Əqiq xalçedonlar sinfinə aid daşdır. Zəngin rənləri var. Daş öz adını Siciliyada yerləşən Aqates adasının adından götürüb. Adi əqiq şəffaf boz və mavi rənglərdən ibarətdir. Əqiqdə həm də müxtəlif rənglər: ağ, boz, sarı, mavi və qara rənglər birləşə bilər.
Qədim Misirdə hesab edilirdi ki, əqiq talismanı xatadan bəladan qoruyur, susuzluğu yatırır. Göz şəkilli əqiqdən heykəllərin gözlərini bəzəmək üçün istifadə edilirdi.
Əqiq həmçinin qədim yunanlara və romalılara da məlum idi. Qədim yunan filosofu Teofrast onu roma ilahəsi Pomoneyə həsr edilmiş daş kimi xatırlayır. Pomone bağbanlığı, məhsulu, bostançılığı qoruyan ilahə idi. Elə hesab edilir ki, əqiq şarları məhsulu donmadan qoruyur. Ona görə də onu məhsulla maraqlanan kəslər talisman kimi istifadə edirdilər.
Əqiq sevgi yaradır, ayrılıq həsrətini azaldır, xəyanəti ifşaa edir, başqalarının gizli fikilərini önə çıxarır. Qara əqiq təhlükədən, pis qüvvələrdən qoruyur amma kədər gətirir. Müxtəlif dövrlərdə, müxtəlif xalqlarda inanc var idi ki, əqiq zəhərdən, o cümlədən ilan zəhərindən qoruyur. Hesab edilir ki, o həmçinin sahibinə güc verir, güclü natiqliq qabiliyyəti bəxş edir. Ağ və sarı əqiq cadudan, vampirdən qoruyur, mehribanlıq, yumşaqlıq, rahatlıq və daxili əminlik verir.
Tibbi sahədə əqiqdən öskürək, boğaz və diş xəstəliklərində istifadə edilir. Bundan başqa bu daş sudurğanın da qarşısını alır. Əqiq insana ən sakit pıçıltını eşitməyi, qışqırıq və qab-qaşıq sınmasına isə fikir verməməyi öyrədir. Əqiq insana həyatı aydın görməyi, aydın eşitməyi öyrədir.
Yeni istedadlara sahib olmaq üçün gərək bir-iki gün qulaqlarda ya da boğazda əqiq daşı daşıyasan. O cümlədən cibində də bir neçə əqiq daşı olmalıdır. Tez-tez daşları bir cibindən o birinə dəyişməlisən. Əgər gələcəyi görmək istəyirsənsə əlində həqiqi əqiq daşı olmalıdır və sən onun dilini anlamağı öyrənməlisən. Bunun üçün hər gün 10-15 dəqiqə bütün fikrini daşa kökləməlisən. Beləcə yavaş-yavaş daş səninlə əlaqə qurub, istədiyini göstərəcək.
Bəzən əqiq insanı həyəcanlandırır və əsəbləşdirir, həyata panika gətirir amma özünü saxlaya bilsən, emosiyalara çox diqqət verməsən daşlar insanın xeyrinə çox şey edə bilərlər.
Əqiq daha çox Buğa bürcündən olan insanlar üçündür. Belə insanlara əqiqi mis çərçivədə daşımaq tövsiyyə edilir. Ən yaxşısı bilərzik şəklində. Onu həmçinin Xərçəng, Dolça və Tərəzi bürcləri də daşıya bilər.
Ən çox Balıqlar bürcü üçün xeyirlidir. Amma Oxatanlara heç məsləhət görülmür. Qoç bürdü də əqiq daşımamalıdır.
Qat-qat olan əqiq daşı kişilərə cazibədarlıq verir, o qadınların xoşuna gəlir. Əqiq həmçinin sərxoşluqdan və narkomaniyadan da uzaqlaşdırır.