Niyə introvertlər asanlıqla uğura nail olur?

Niyə introvertlər asanlıqla uğura nail olur?

Belə hesab edilir ki, ünsiyyətcillik və unikal natiqlik bacarığı insanın lider olacağına zəmanət verir. Bu keyfiyyətlər introvertlərə xas deyil. Lakin özlərinə qapalı insanların inanılmaz uğura sahib olmalarına səbəb olan güclü tərəfləri var!
 
İntrovertlər hər addımlarını diqqətlə düşünür və buna görə də uğursuzluq riskini azaltmış olurlar. Ekstrovertlər hər hansı yeni bir ideyaya sahib olduqda emosiyalara qapılır və ani qərarlar verdikləri halda, introvertlər hər şeyi dəqiqliklə düşünürvə bundan daha sonra qərar verirlər.
 
Ekstravertlər danışıqlara zaman sərf etməyi sevdikləri halda, introvertlər susmağa, ətrafdakıları dinləməyə üstünlük verirlər.
 
Bu yanaşma sayəsində, qapalı insanlar yeni bilikləri mükəmməl şəkildə mənimsəyirlər. Onlar təhsil sahəsində də böyük üstünlüklərə sahibdirlər. Belə ki, səhvlərinin ətrafdakı insanlar tərəfindən necə qarşılanacağına çox az əhəmiyyət verirlər.
 
Az danışan insanlar öz ciddilikləri sayəsində digərlərinin diqqət və maraq mərkəzinə çevrilirlər. İntrovertlər özlərini ədalətlə qiymətləndirir və ətrafdakı insanların etiraflarına az ehtiyac duyurlar.
 
İntrovertlər sərbəst işləməyə üstünlük verirlər, çünki bu halda vəziyyəti idarə etmək daha asandır. O komanda daxilində sıxılır və bu ona öz imkanalrını reallaşdırmağa mane olur. Tək olaraq çalışmaq insana öz ideyalarını sərbəst və olduğu kimi reallaşdırmaq imkanı verməklə, onu ətrafdakıların məsləhətlərindən kənarlaşdırır.
 
İnsan hansı psixoloji tipə aid olmasından asılı olmayaraq, daim öz xarakterinin güclü tərəflərini təyin etməli və onlardan uğur və şəxsi inkişaf yolunda istifadə etməlidir.
Top