Ürək qripi nədir?

Ürək qripi nədir?

Qripin ürək çatmazlığına ya da ağciyərdə maye toplanmasına səbəb ola biləcəyi barədə məlumatınız var? Bəli, çox zaman ciddi xəstəlik kimi qəbul etmədiyimiz qrip orqanizm üçün təhlükəyə çevrilir. 

Soyuq qış günlərində tez-tez rast gəldiyimiz qripi çox zaman diqqətə almırıq. Lakin qrip, qaraciyər və ürəyə yayılaraq pnevmaniya və ciddi ürək çatışmazlığına səbəb ola biləcək riskdə bir xəstəlikdir.
Ciddiyə alınmayan qrip virusu keçici olaraq ürək tutulmasına səbəbə olarkən, nadir görülən Koksaki qripi virusları isə ürəyə yerləşərək bir müddət sonra zərər verir.

Ürək pərdəsinə yerləşən qrip virusu, pərdədən maye ifrazını artıraraq ürək ətrafında və ağciyərdə maye toplanmasına səbəb olur. Nisbətən yaşlı adamlarda rast gəlinən ürək böyüməsi və ürək çatışmazlığının altındaki səbəblərdən biri də ürəyə yerləşən qrip virusudur.

Adətən ürək pərdəsi nadir zamanlarda isə ürək əzələləri bu viruslardan təsirlənir.
Kişilərin daha çox risk altında olduğu ürək qripinin əlamətləri, boğaz ağrısı, halsızlıqdır.
Qripdən fərqi isə bu əlamətlərin zamanla sancma hissi yaradan sinə ağrısı, döyünmə və nəfəs darlığına çevrilməsidir. Qrip əlamətlərinin bu hala çevrilməsi təxminən 10 gün ərzində baş verir.

Təkrarlanma riski çox yüksək olan bu xəstəlik üçün həm ürək dərmanları, həm də iltihab azaldıcı dərmanlardan istifadə olunur.
Top