Ağızdan nəfəs almaq ziyandır

Ağızdan nəfəs almaq ziyandır

Düzgün nəfəs almaq stressdən yorğunluğa, kalori yandırmaqdan yuxu rejiminə kimi bir çox problemlərin həll yoludur.

Bunun üçün ağciyərləri hava ilə tam doldurmaq lazımdır. Nəticədə qəbul edilən oksigen ürək-damar sistemi vasitəsilə bütün orqan, ilik, əzələ və hüceyrələrə göndərilir. Bu, vücudun qidalanmasıdır.
Dərindən nəfəs almaqla insanlar yorğunluğu azaldıb, stressdən azad ola bilərlər və iş fəaliyyətləri fayda verər.

Eyni zamanda bir saniyədə burundan alınan nəfəs dörd saniyədə ağızdan verilməlidir. Ağciyərlər tam dolan vaxt bədənə göndərilən oksigen sayəsində qan dövranı artır və maddələr mübadiləsi sürətlənir. Lakin ağızdan nəfəs almaq çox təhlükəlidir və ürək xəstəliklərinə səbəb ola bilər. Çünki bu zaman ağciyərlər kifayət qədər aktiv olmur, ürək zəif işləyir və qan laxtalanmır. Buna görə də, mümkün olduğu qədər burunla nəfəs almaq lazımdır.
Top