Gündəlik həyatda işinizə yarayacaq məsləhətlər

Gündəlik həyatda işinizə yarayacaq məsləhətlər

  • Yeməkdən qabaq dişlərinizi fırçalasanız daha az yemək yeyəcəksiniz.
  • Hıçqırığınız tutduğu zaman 10 saniyə nəfəs almayın və 3 dəfə udqunun. Hıçqırığınız keçəcək.
  • Əgər soyuq duş altında 3 dəqiqə dayansanız, 40 kalori yandıracaqsınız .
  • Qədəhdəki şərabın keyfiyyətini öyrənmək istəyirsinizsə, qədəhi asta çalxalayın. Qədəhin içindəki çöküntü nə qədər qatıdırsa, şərab bir o qədər keyfiyyətlidir.
  • Yumurtanı qaynadarkən onun çatlamasını istəmirsinizsə, qaba yanmış kibrit qoyun.
  • Tərə qarşı dezodorantları səhər yox, gecə vurun. Bu, daha uzun müddətə qoxunun qarşısını alacaq.
  • Ütünün suyunun içinə bir az ətir vursanız, paltarlarınızdan gözəl qoxu gələcək.
  • Külqabının pis iylənməməsi üçün onu su ilə yox, zeytun yağı ilə isladın.
  • Pişiklərin divan və ya kreslonuza oturmasını istəmirsinizsə, həmin yerə naftalin qoyun. Pişiklər onu heç sevməzlər.
  • Saçlarınızı boyadarkən üzünüzə dəyən boyanı südə batırılmış pambıqla silin.
  • Yata bilmirisinizsə, albalı suyu için.
  • Zibil qutunuzun içinə soda və ya qabartma tozu töksəniz pis qoxunun qarşısını ala biləcəksiniz.
  • Yumurtanı qaynatdıqdan sonra qalan suyu dibçəyə tökün. Bitkilərə çox xeyirlidir.
  • Dırnaq boyasından qalan sarılığı götürmək üçün dırnağa sirkə sürtün. Rəngini açacaq.
  • Mədəniz bulanırsa bir stəkan qəhvə için.
Top