1. Ayaqqabıları təmizləyə bilərsiniz
Köhnə diş fırçasının köməyilə ayaqqabınızı yüngülcə fırçalayın, daha sonra nəm parça (əski) ilə təmizləyin. Fərqi görəcəksiniz. Xüsusilə də idman ayaqqabılarınız tərtəmiz olacaq. Diş fırçasını dəri ayaqqabılarda yaranmış çatların bərpa olunmasında da istifadə etmək mümkündür.
2. Ütünün altını təmizləyə bilərsiniz
Ütünüzün alt hissəsindəki ləkələri diş məcunuyla rahat bir şəkildə təmizləmək mümkündür.
3. Çətin ləkələri təmizləyə bilərsiniz
Evinizdə xalçaya, divara və başqa hər hansı əşyanıya düşən ləkəni çıxarmaq üçün diş məcunu köməkçiniz olacaq. Qəhvə və ya şərab ləkələri köhnə diş fırçasının köməyilə diş məcununu tətbiq edin. Mebellərdəki su ləkələrini yox etmək istəyirsinizsə nəm parçanı bir az diş məcunununa batırın və təmizləyin. Bildiyimiz kimi, uşaqlar şəkil çəkməyi çox sevir.
Və vaxt olur ki, onlar bunu divarlarda da edir. Rəngli rəsm qələmləri ilə divarlarda xətlər çəkməyən yəqin ki, nadir uşaq olar. Amma siz heç narahat olmayın. Bu məqamda da diş məcunu rəngli qələm ləkələrini yox edəcək. Həm uşağınız, həm də siz rahat olacaqsınız. Qaçılmaz ləkələrdən biri də mürəkkəb ləkəsidir. Mürəkkəb dəyən hissəni diş məcunu ilə ovun, nəm parça ilə silin, sonra yenə məcunla bir də ovun. Ləkə çıxana qədər davam edin. Gel şəklində diş məcunundan istifadə etməyin. Diş məcunu köhnə gümüş qabların təmizlənməsi üçün əla üsullardan biridir.
4. Buxara qarşı diş məcunu
Güzgülərdə, şüşələrdə, eynəklərdə yaranmış buxar ləkələrini yox etmək üçün diş məcunu köməyinizə çatacaq. Dəniz, gün və optik eynəklərinizin şüşələrini əvvəlcədən diş məcunu ilə təmizləyib yaxalayın. Beləliklə, buxarlanmaya mane olacaqsınız. Eyni zamanda vanna otağındakı güzgünün buxarlanmasını qabaqlaya biləcəksiniz. Bir az diş məcununu isladın, gözgüyə yaxın və bütün güzgünü silin. Vanna otağından (duşdan) çıxanda güzgünüz buxarlanmayacaq.
5. Kranları və əlüzyuyan çanaqları təmizləyə bilərsiniz
Əgər təmizlik üçün yuyucu vasitələriniz yoxdursa, istər vanna otağındakı, istərsə də, mətbəxdəki kran və çanaqları diş məcunu ilə təmizləyə bilərsiniz.
6. Bəzək əşyalarınızı parıldadın
Köhnə diş fırçasına məcunu sürtün və bəzək əşyalarınızı təmizləyin. Məcun həm daş, həm də metal təbəqələrin təmizliyində yararlı olacaq. Məcunla təmizlədikdən sonra yaxalamağı unutmayın.
7. Dırnaqlarınızı parıldadın
Dişlər kimi, dırnaqları da diş fırçası və məcun ilə fırçalaya bilərsiniz. Beləliklə, dırnaqlarınız əvvəlkindən də parlaq olacaq.
8. Əllərinizdəki qoxunu aparın
Əgər əllərinizə qoxu hopubsa və nə qədər yusanız belə qoxu çəkilmir, bu vaxt diş məcunu yaxşı çarə ola bilər. Əllərinizə diş məcununu sürtün və ovuşdurun. Daha sonra yaxalayın. Görəcəksiniz ki, heç bir qoxu gəlmir.
9. Sızanaqlardan qurtulmaq üçün əla vasitə
Yatmamışdan qabaq diş məcununu sızanağın üzərinə sürtün. Məcun sızanaq olan hissənin yağlanmağa qoymur və sızanağı qurudur. Səhər duranda artıq sızanaq yox olacaq.
10. Qaşıntıları azaldır
Arı sancdıqdan, ağcaqanad dişlədikdən sonrakı şişmə və qaşıntını azaltmaq üçün dərinizə bir az məcun çəkə bilərsiniz. Qaşıntını azaldacaq.