Gündəlik duşa giririk və yuyunuruq. Bu proses olduqca adi görünsə də, edilən səhvlər dərimizə olduqca problem yarada bilər.
Duşda uzun müddət qalmaq
Uzun çəkən duş dəridə quruluğa səbəb olur. Bu quruluq qaşıntı yaradır. Ortalama duş müddəti 10 dəqiqə olmalıdır.
Duş gelinin həddindən çox istifadəsi
Dərinin təbii yağın aparan duş gellərinin həddindən çox istifadəsi dəridə quruluğa səbəb olur. Bədəndə gün ərzində yığılan yağı açması üçün olan duş gellərinin çox istifadəsi dəridəki faydalı yağların itkisi ilə nəticələnə bilər.
Köhnə və nəmli kisə istifadəsi
Nəmli kisələr bakteriya və kif üçün möhtəşəm bir yaşam yeridir. Köhnəlmiş və həftələrlə nəmli şəkildə gözləyən liflər bakteriya yuvasıdır. Ediləcək ən yaxşı seçim isə ayda bir dəfə bu kisələri yeniləməkdir. Hər istifadədən sonra yaxşıca yuyularaq quruması və münasib bir yerdə saxlanması bakteriyaların yaranmasını gecikdirəcək.
Dərini sərt şəkildə qurulamaq
Dərinizi yumşaq dəsmalla qurulayın. Onu azcal nəmli buraxmaqda fayda var. Bu cür dərinizi bədən losyonu, ya da krem ilə nəmləndirməlisiniz.
Çox isti su ilə duş almaq
İsti su dərinin çox qurumasına səbəb olur. Dəridə olan bütün yağ təbəqəsini apararaq dərini qorunmasız hala salır. Həmçinin dəridə qızarmalara yol açır. Duş alarkən suyun temperaturu təxminən 25-40 dərəcə olmalıdır.
ailem.az