Bəzi insanlarda tez-tez öskürək, boğazda quruluq, gözlərin yaşarması kimi simptomlar müşahidə olunur.
Həkim-həkim gəzən bu insanlar illər ərzində problemin səbəbini və həllini tapa bilmir. The Daily Mail xəbər verir ki, amerika alimlərinin fikrinə görə, bir çox hallarda bu simptomların səbəbi yastıqlarda yaşayan mikroskopik gənələrin ifrazatlarına olan allergik reaksiyadır.
Bu gənələr insanlar üçün təhlükəli deyil, lakin onların ifrazatlarının tərkibində olan enzim bir çox insanlarda allergiyaya səbəb olur. Keçməyən «səbəbsiz» öskürək, burun axması, boğaz quruluğu və s. isə məhz allergiyanın simptomlarıdır. Astmadan əziyyət çəkən insanlarda simptomlar daha da ağır ola bilər.
Yuxu zamanı insanın dərisindən milyonlarla ölü hüceyrələr düşür ki, bu hüceyrələr toz gənələri üçün əsas qidadır.
Alimlər sübut edirlər ki, 10 il ərzində dəyişilməyən yastığın çəkisinin 10%-nı toz gənələri və ölü dəri hüceyrələri təşkil edir.
Alimlər hər səhər yatağı yığışdırdıqdan əvvəl ən azı 30 dəqiqə ərzində havalandırmağı, yastıqları tez-tez isti suda (60 C-dən az olmayaraq) yumağı, 3-4 ildən bir yastıqları dəyişməyi tövsiyə edirlər.