Adətən, kişilərin burnu qadınların burnundan 10% daha böyükdür. Bunu elmin necə izah etdiyinə baxaq. Hər insanın fərqli forma və böyüklükdə burnunun olduğunu bilirik. Ancaq kişilərin burnunun qadınların burnundan daha böyük olması bir gerçəkdir. Bir araşdırma niyə kişilərin burnunun qadınların burnundan 10% daha böyük olduğunu açıqlayır. Lowa universitetində aparılan bir araşdırma bunun iki cinsin arasındakı bədən quruluşunun və bundan meydana gələn enerji ehtiyacının fərqli olmasından qaynaqlandığını ortaya çıxardı.
Qızlar və oğlanlar arasındakı burun böyüklüyündəki fərqlilik xüsusilə yeniyetməlik dövründə nəzərə çarpmağa başlayır. Bu dövrdə kişilərin bədən ağırlığının 95%i yağsız toxumalardan ibarət olduğu halda, qızlarda bu faiz 85-dir.
Araşdırma kişilərin bədənlərində daha çox əzələ kütləsi olduğunu və bu əzələ kütləsinin inkişafı üçün lazım olan artıq enerji ehtiyacının böyük burun vasitəsilə bədənə alınan artıq oksigenin istifadəsi ilə təmin olunduğunu göstərir.
Təcrübə burun böyüklüyündəki dəyişikliklə bədəndə əzələ artımı və enerji ehtiyacı arasında düz mütənasib bir əlaqə olduğunu göstərir. Araşdırmanı həyata keçirən qrup neandertalların modern insanlarla müqayisədə daha böyük burunlarının olmasının səbəbinin də bədənlərinin daha əzələli olması olduğunu bildirir.