Çoxlarının sevərək yediyi dondurma konusları ilk dəfə 1904-cü ildə ABŞ-ın Missuri ştatında Ümumdünya sərgisində kəşf olunub. Belə ki,o zamana qədər dondurma qabda yeyilirdi.
Sərgi zamanı dondurmaya tələbat böyük olduğundan onu qoymaga kağız stəkanlar çatmırdı. Dondurma satıcısı onu nəyə qoyub satacağını bilmirdi. O zaman o yaxınlıqdakı köşkdə vafli satıcısı Ernest Xamvidən kömək istəyir. Onlar dondurmanı vafliyə qoyaraq satmağa başlayırlar.
Beləliklə də,o gündən hamımızın sevərək yediyimiz ləziz təam dondurma vaflidə satılmağa başladı.