Samson

Samson

Yəhudi Samson barədə əhvalat İncildə keçir. Samson qeyri-adi gücə malik bir adam imiş, şirlərə və düşmən qoşunlarına qarşı vuruşan bir yenilməz. Amma iki zəif tərəfi varıymış.

1. Tanımadığı və güvənilməyən qadınlara qarşı cazibəsi
2. Saçı- Samson bütün gücünü saçlarından alarmış, saçsız o adi bir insandır.

Samson Delilah adlı fələstinli qıza vurulur. Fələstinlilər isə pul verərək (bəzi mənbələrdə-ailəsini əsir götürərək) Delilahdan Samsonun sirrini açığa çıxarmasını tələb edirlər. Samson yuxuda olarkən Delilah onun saçlarını kəsir, beləcə adam gücsüzdür. Fələstinlilər onu əsir alır və kor edirlər. Hər gün onun saçları yenidən kəsilir ki gücünü bərpa edə bilməsin.Ölümə məhkum Samson daş sütunlara bağlıykən Allaha dua edir ki, gücünü ona geri versin və sütunları qopararaq fələstinlilərlə birgə ölsün. Ölüm anı belə gerçəkləşir.

Top