Evi neqativ enerjidən təmizləməyin yolları

Evi neqativ enerjidən təmizləməyin yolları

Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerji, evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

Təmizlik
Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.

Büxur yandırmaq
Büxur evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə ada çayıdır. Ada çayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır. Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Ada çayının eyni zamanda sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni gücləndirir. Ada çayına alternativ kimi lavanda, şam və ya başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb, tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.

Mebelləri səliqəyə salın
Bəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə, deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları evdə saxlamayın. Günəş işığı və təmiz hava+ Günəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir. Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə, pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil, paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər günəş işığında qurudun.

Dəniz duzu
Bir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə saxladıqdan sonra tozsoranla süpürün. Alqış sədaları+ Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.

Efir yağları
Efir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon, portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun. 15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə, xüsusilə pəncərə və qapılara sıxın.

Dibçək bitkiləri
Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır.

Daşlar
Kristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə bilərsiniz. Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək lazımdır.

Zəfəran
Tibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin.
Top