Kiçik mətbəxi böyük göstərməyin yolları

Kiçik mətbəxi böyük göstərməyin yolları

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür.

Açıq rənglər istifadə etmək
Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

Açıq rəflərə şans verin
Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

Şüşə qapaqlara üstünlük verin
Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.

Dəzgah üstü kəsmə taxta
Mətbəxinizdə tez-tez kəsmə taxta istifadə edirsinizsə, dəzgah üstü kəsmə taxta sizə uyğundur. Kəsmə taxtanı dəzgahdakı uyğun bir yerə, məsələn küncə qoya bilərsiniz.

Əl altında olmasını istədiklərinizi asqılara taxın
Kifayət qədər dolabınız və ya dolabınızda yer yoxdursa, əl altında olmasını istədiyiniz vəsaitləri divara asın.

Maqnitli asılqanınız olsun
Bıçağınız çoxdur və yer tutur? O zaman mətbəxinizin divarına maqnitli bir rəf düzəldin. Bıçaqlarınızı maqnitə düzərək daha az yer tutmasını təmin edə bilərsiniz.

Səbət istifadə edin
Kiçik zənbilləri dəzgah, şkafın içi və ya rəflərdə istifadə etməklə mətbəxinizi daha rahat hala gətirə bilərsiniz.

Dəzgahın üstünü rahatlandırın
Qəhvə bişirən və toster kimi alətlər dəzgahın vazkeçilməzləridir. Təməl ehtiyaclar xaricində çox qab və şüşə kimi vəsaitlər isə mətbəxi qarışıq və dar göstərir. Bunları dəzgahda mümkün olduqca az saxlayın.

LED işıqlandırma istifadə edin
Mətbəx dolablarının altına yerləşdirilən LED işıqlar mətbəxinizə fərqli ab-hava qata bilər.
Top