İşə getmədən pul qazanmağın 7 yolu

İşə getmədən pul qazanmağın 7 yolu

Evdən çıxmadan gəlir əldə etmək mümkündürmü? Yəqin ki, sual qulağa xoş səslənir. Səhər tezdən oyanmaq, şəhər nəqliyyatında işə tələsmək, ofis həyatı və dedlaynlar olmayan işin qədrini ofis işçiləri yaxşı bilir. İndi isə sizinlə evdə oturduğunuz yerdə necə pul qazanmağın yollarını bölüşəcəyik. Məqaləmiz xüsusilə işləməyən, ailəli xanımlar üçün faydalı olacaq.

1. Web Tester
Artıq demək olar ki, əksər şirkətlər öz fəaliyyətlərini internet üzərində qurub. Hər gün onlarla, bəlkə yüzlərlə yeni veb səhifələr istifadəyə verilir. Bu da Veb Tester vəzifəsini aktuallaşdırır. Dünya təcrübəsində bu xidmətdən kütləvi şəkildə istifadə olunur. Söhbət saytın istifadəçilər üçün nə qədər əlverişli olmasından, hər hansı məlumatına tapılmasının asan və ya çətin olmasının yoxlanmasından gedir. Sayt rəhbərliyi öz səhifəsindəki bölmələrin nə dərəcədə əlçatan və faydalı olmasını öyrənməkdə maraqlıdır. Təbii ki pula – Amerikada hər yoxlanılan veb sayta görə 10-15 dollar civarında haqq ödənilir. Bizdə bu işdən daha artıq pul qazanmaq olar.

2. Repetitorluq
Əgər hər hansı sahə üzrə bilik və bacarıqlarınız varsa, onda bu işlə məşğul olmaq sizlikdir. Xüsusilə xarici dil bilikləri olanlar, azyaşlı uşaqları olan analar online dərslər verməklə gəlir əldə edə bilərlər. Müxtəlif xarici ölkələrdə bu işlə məşğul olanlar orta hesabla saatda 15 dollardan başlayan qiymətlə qazanc əldə edirlər. Yeri gəlmişkən, onlayn dərs qarşı tərəfə – dərs öyrənənlərə də sərfəlidir. Evdən çıxmadan, vaxt itirmədən xarici dil və ya hər hansı bacarıq öyrənmək imkanı, sadəcə əladır.

3. Satış təmsilçisi
Bu iş, xüsusilə yaxşı danışıq qabiliyyəti olan və enerji dolu insanlar üçün maraqlı ola bilər. Siz sevdiyiniz, satmaq istədiyiniz məhsulu seçirsiniz və həmin məhsulun istehsalı və ya satışı ilə məşğul olan şirkətlə əlqaə qurursunuz. Beləcə həmin məhsulların satışını (əsasən, bujiteriya, kitablar, gözəllik məhsulları və s.) evdə telefon vasitəsilə və ya müştərilərlə görüşmək yolu ilə həyata keçirə bilərsiniz. Praktika göstərir ki, hər satdığınız məhsula görə 15-25% gəlir əldə etmək mümkündür.

4. Ev heyvanları baxıcısı
Bu xidmət daha çox xarici ölkələrdə təklif edilir. Yəni vaxtının çox hissəsini işdə keçirən şəxslər gün ərzində xüsusilə itlərinin qayğısına qala bilmirlər. Nəzərə alsaq ki, bu sahə ölkəmizdə diqqətdən kənarda qalıb, pionerliyi məhz siz edə bilərsiniz! Profilinizi yaradın və öz qiymətlərinizi müəyyənləşdirin!

5. Sosial Media Meneceri
Hal-hazırda yerli şirkətlər öz məhsul və xidmətlərinin sosial media vasitəsilə reklam olunmasına daha çox səy göstərirlər. Bu yolla, şirkət rəhbərləri TV, radio və ya digər yüksək xərc tələb edən reklam vasitələrindən azad olurlar. Buna görə də onların səhifələrinin Facebook və digər sosial şəbəkələrdə idarə olunmasına ehtiyac var. Bu işi bacaranlar Sosial Media Meneceri kimi fəaliyyət göstərməklə, siz həm özünü inkşaf etdirə, həmçinin çalışdığı şirkətin auditoriyasını genişləndirə bilər.

6. Bloqqer
Bloqqerlik günümüzdə, sürətlə yayılan məşğuliyyət növüdür. İnsanlar bloqları vasitəsilə həm geniş kütləyə xitab edərək məhşurlaşır, həm də zaman keçdikcə öz hobbilərini biznesə çevirilər. Bunun üçün, yaxşı yazma qabiliyyətinizin olması vacibdir. İlk növbədə özünüzə maraqlı olan sahəni (marketinq, gözəllik, satış, səyahət və s.) seçin və daha sonra həmin sahəyə uyğun yazılar yazmağa başalyın.

7. Call-center mütəxəssisi
Bəzi şirkətlər onların şirkətlərinə ünvanlanan sualların günün istənilən saatında cavablandırılmasında maraqlıdırlar. 8 saatlıq rejmdə fəaliyyət göstərən müəssisələrdə isə bu mümkün olmur. Müştərilər istədiyi məlumatı məhdud zaman kəsiyində əldə edirlər. Call-center mütəxəssisi işləmək üçün ehtiyacınız olan şey komputer və digər software vəsaitlər (qulaqcıq, mikrofon və s.) olacaq.
Top