Evləndikdən sonra niyə artıq çəki alırıq?

Evləndikdən sonra niyə artıq çəki alırıq?

Yeni evlənən cütlüklərə uzun müddət “kökəlmisən” sözü deyilir. Evlilikdən sonrakı rahatlıq, stressin yoxluğu, yeni başlayan həyat və sevdiyin insanla olmağın xoşbəxtliyi psixologiyanı rahatladır və heç özün də hiss etmədən davamlı yemək yeyirsən.

Evli cütlüklər digər cütlüklərə nisbətdə evdə daha çox vaxt keçirdirlər və daha çox televizor qarşızında otururlar. Nəticədə də televizora baxa-baxa nələrsə yeyirlər. Eyni zamanda da evlilik sonrası edilən balayı da kilonun artmasına gətirib çıxardır.

Evlilikdən sonra həm də həyat yoldaşınla sənin şərəfinə əmi, bibi evində qonaqlıqlar verilir. Qohumların biri gəlir, digəri qonaq çağırır və nəticədə yeyilən dadlı yeməklər kökəlmə ilə nəticələnir. Bəzən isə yeni evli cütlüklərdə qızın yemək bişirə bilməməsi də kilonun artmasına səbəb olur. Belə ki, qayınana evindən kənarda “öz əlim, öz başım” prinsipi ilə yaşayan cütlüklər yemək bişirə bilməyəndə əvəzinə fast food yeyirlər. Bu qidalar isə olduqca kalorili və ziyanlıdırlar.

Bəs bu kökəlmənin qarşısını almaq üçün nələr edilə bilər?
Axşam yeməklərindəki fast food ət və ya balıqla əvəzlənməlidir. Televizora baxarkən yeyilən yeməkləri azaltmalı və ya yağsız, duzsuz 1 stəkan qarğıdalı partladılmışı yeyilə bilər. Ailə, qohum yeməklərindən sonra həyat yoldaşınla 45 dəqiqəlik gəzinti mütləqdir. Bundan əlavə özünə baxmağı və fit görünməyi də unutma. Evlilikdən illər belə keçsə də hər gün həyat yoldaşın sənə yenidən aşiq olmalıdır.
Top