Əslində necə görünürük?

Əslində necə görünürük?


Bəzi insanlar şəkildə başqa, güzgüdə başqa cür görünür. Təbii ki, insanın ağlına ilk olaraq bu sual gəlir: “Görəsən başqaları məni necə görür?” Bu sualın cavabı isə çox sadədir. Şəkildəki görünüşünüzə aldanmayın, çünki ən yaxşı fotoaparat belə insan gözü qədər inkişaf etməyib. Buna görə də şəkillərdəki görüntü sizin əsl görünüşünüz deyil.

Həmçinin insanların 70%-nin üzü asimmetrikdir. Yəni sağ və sol tərəfi arasında fərq vardır. Bu halda güzgüdə gördüyünüz də həqiqi görünüşünüz deyil. Çünki insanlar üzünüzün sağ və solunu yer dəyişdirmiş kimi görür, güzgüdəki kimi deyil.

Bu halda hansı mənim həqiqi görünüşümdür sualının cavabını iki güzgüdən əldə edəcəyiniz əksiniz ilə görə bilərsiniz. Bunun üçün iki güzgünü bir-birinə 90 dərəcə bucaqla kəsişdirin. Arada qalan görünüş digər insanların sizi necə gördüyünü dəqiq əks etdirəcək. Bunu bilən insan sayı çox azdır. Görəcəyi əsl görüntüdən sonra həyatdan küsənlər ola bilər, amma bununla yaşamağı öyrənməlisiniz.
Top