6 Xarakter tipinə uyğun ən yaxşı ixtisaslar

6 Xarakter tipinə uyğun ən yaxşı ixtisaslar

Öz həqiqi sevginizi axtararkən xarakterinizə uyğun bir insan tapmağa çalışırsınız.Bu, həmçinin sizin ixtisasınıza da aiddir.

Əlbəttə, hamının fərdi xüsusiyyətləri var, ancaq tədqiqatçılar müşahidə ediblər ki, çox insanlar müəyyən xarakterə malikdir ki, bu xarakterlər kiçik kateqoriya şəklində qruplaşdırıla bilər. İnsanların xarakterlərinin altı ümumi tipi var və hər biri üçün yaxşı iş şansı,əmək haqqı, həyat şəraiti imkanı olan ixtisaslar müəyyən olunub. Çoxları aşağıdakı kateqoriyalardan ən azı birində özünü tapacaq:

Realist insanlar praktiki və birbaşa olmağa üstünlük verirlər. Onlar konkret obyektlərlə işləməyi sevirlər. Bu xarakter tipinə uyğun ixtisaslar: elektrik mühəndisi, cərrahi texnoloq,  biotibbi mühəndis.

Təhqiqatçı insanlar analitikdirlər və intellektualdırlar. Adətənonlar qərar verməzdən əvvəl çoxlu məlumat toplamağı xoşlayırlar. Onlar rasional məlumat ilə dəstəklənməyən fikirləri şübhə altına alırlar. Uyğun ixtisaslar: proqram təminatı yaradıcısı, baytar, kitabxanaçı, tibb bacısı və professor.

İncəsənəti sevən insanlar təsəvvür edə biləcəyiniz kimi kreativ və təxəyyülü güclü insanlardırlar. Onlar, həmçinin problemlərə həll yolu tapmaqda məharətli ola bilirlər, çünki başqa insanlar problemlərə rasional yanaşma təklif edərkən, onlar intuitiv yanaşırlar. Bu xarakterə uyğun ixtisaslar: redaktor, dizayner, qrafik dizayner, memar, prodüser və s.

Sosial insanlar çox vaxt səbir, şəfqət göstərmək və alicənablıq kimi əlamətlərin fərq etdiyi, insanlara kömək etməyi nəzərdə tutan ixtisaslarda özlərini tapırlar. Onlar adətənkomanda daxilində razılıq yaratmaqda bacarıqlı olurlar. Uyğun ixtisaslar: məktəb psixoloqu, fizioterapevt, sosial işçi, vasitəçi və s.

Təşəbbüskar insanlar rəqabəti sevən, enerjili və xarici mühitlə yaxından maraqlanan insanlar olurlar. Onlar adətən sahibkar, qrup lideri olmağa meyilli olurlar və böyük nailliyətlər əldə etmək üçün layihələrin bir hissəsi olmağa çalışırlar. Uyğun ixtisaslar: maliyyə meneceri, satış meneceri, satış nümayəndəsi və s.

Həmçinin nizamlı kimi də təsvir olunan dəqiq insanlar bir qədər səhv qiymətləndirilirlər. Onlar ehtiyatlı, diqqətli və effektiv olmağa meyilli olsalar da, mütləq yumşaq insanlar deyillər. Onlar hər şeyin yolunda getməsini təmin etmək üçün bütün nəzarəti əlində saxlayan insanlardırlar. Uyğun ixtisaslar: mühasib, texniki yazıçı, müfəttiş və s.

Xarakter tiplərini kateqoriyalaşdıran bu sistem, təbii ki, mükəmməl deyil. Çox insanlar iki və ya üç müxtəlif tipin qarışığıdır. Bəzi insanlar hiss edə bilərlər ki,onlar bu kateqoriyaların heç birinə uyğun gəlmirlər. Sizin əlamətləriniz və xüsusiyyətləriniz necə olur olsun, öz xarakterinizə uyğun ixtisas seçsəniz, gələcəkdə yaxşı karyera qurmaq şansınız daha çox olacaq. Bu, qarşınıza çıxan ilk imkanı dəyərləndirib uğur qazanmaq qədər asan olmaya bilər. Amma nəzərə alın ki, çoxları ilk tanış olduqları insanla da evlənmirlər.
Top