Merilin Monro
Nə zamansa...
Nə zamansa sevirdim səni…
Söyləmişdim sənə...yadında?
Amma sən uzaqlara getdin, çox uzaqlara…
Geri dönəndə hər şey üçün gec idi artıq…
O gündən sevgi ancaq sözdən ibarət oldu çox əvvəl unudulan sözdən: " yadındadı?"
Al Paçino
Nə edim
Nə edim? Bilmirəm!
Ağlayım? Xeyri yoxdu!
Sənsiz həyat?
İstəmirəm,bacarmıram.
Aman Allah!
Bu necə oldu axı?
Sevgim işgəncədi sənə!
Dayanıb üzü ümidsizliyə çığırıram,
Amma eşitmirəm özümü…
Kədər
Gecə,
Yağış,
Boşluq.
Ürəkdə həmişəki kədər.
Səninlə bağlı düşüncələr yuxularımı da alıb aparır…
Bryus Li
Unutma, dostum.
Xatirələr – əlimizdən ala bilmədikləri yeganə sevincdir…
Həzz – solmağa məhkum bir çiçək…
Mənim ən böyük uğurumsa kiminsə, “bax, bu əsl insandır” deməsidir, unutma…
Nikolas Keyc
Ovçu qızı
Daha bir il keçdi, sanki daş qaldı udlağımda.
Yapon kafesindəki kişi göz yaşlarında boğulub…
Bu, hər zamankı kimi adi qış deyil, ən yaxşı halda temperatur mənfi beş.
Amma hələ də günahlardan gizlənəsi yerlər qalıb bu şəhərdə.
Tarlalar yanvar qarının altında uyuyan zaman
Ay səssizcə nəfəs alır,
Əriyir qaranlıqda, əriyir...əriyir…
Küləkdə üşüyən daş cəngəllik alovla oynayır və səhərə doğru elə yuxudaca susur.
Evlərin üzərində duman...buludlar…
Axşam qatarına bilet almışam…
Tarlalar yanvar qarının altında uyuyan zaman
Ay səssizcə nəfəs alır,
Əriyir qaranlıqda, əriyir...əriyir…
Tərcümə: Xatirə Nurgül
1937.az