Yaradıcı insanlar “yox” deyir

Yaradıcı insanlar “yox” deyir

Bizə “yox” deməyi öyrətməyiblər. “Yox” nəsə kobud bir şey hesab olunur. “Yox”u ancaq “bariqa”lara, yaxud bizə “konfet” təklif edən yad adamlara deyə bilərik.

“Yox” sözündə güclü yaradıcı enerji var. İmtina etmək vaxtın çox olmasına gətirib çıxarır, bu vaxtda isə insanlar yeni nəsə yarada bilərlər. Bizim vaxtımız düşündüyümüzdən də azdır, bizə düşündüyümüzdən də çox vaxt lazımdır.

Yaradıcılıqda uğur qazanmış insanlar, bu uğura nə qədər vaxt sərf edəcəklərini bilmirdilər. Müsahibə vermək, məktub yazmaq, kinoya getmək, kiminləsə axşam yeməyi yemək yaradıcı insanlara maraqlı deyil. Yaradıcı adamlar bütün bunların onları yaradıcı prosesdən nə qədər ayıra biləcəyi haqda düşünürlər.

Kiməsə “hə” cavabı vermək vaxtımızın itirilməsinə gətirib çıxarır. Deməli sən az şey yaradacaqsan.

Stiv Cobs aktyor Şon Konnerini dəfələrlə “Apple”ın reklamında çəkilməyə dəvət etmişdi. Nəhayət bir gün aktyor Stiv Cobsa məktub yazır:

“Hörmətli, cənab Cobs! Bir daha təkrar edirəm. Yəqin ki, siz ingilis dilini başa düşürsünüz! Mən öz ruhumu nə “Apple”, nə də başqa bir şirkətə satmaq niyyətində deyiləm. Sizin “dünyanı dəyişmək” ideyası mənə maraqlı deyil. Və sizdə mənə lazım olacaq, ehtiyacım olacaq heç nə yoxdur. Siz kompüter satıcısısınız, amma mən Ceyms Bondam! Öz karyeramı məhv etmək üçün sizin gic-gic reklamlarınızda çəkilməkdən daha asan yol ağlıma gəlmir. Xahiş edirəm, bir daha mənə müraciət etməyin.

Ən yaxşı arzularla, Şon Konneri”

Başqa bir maraqlı fakt. Bir macar professoru yaradıcı insanlar haqda kitab yazmaq istəyirmiş və 275 nəfərə sorğu göndərib. Bir hissəsi o qədər məşğul olub ki, ümumiyyətlə cavab yazmayıb, qalan üçdə biri isə imtina edib.

Yazar Piter Druker belə cavab verib:
“Mənim səmərəlilik sirlərimdən biri belədir – mənim böyük, nəhəng bir zibil qutum var və mən bu cür təklifləri ora atıram. Səmərəli olmaq üçün başqalarının dediklərini etməməli və bütün vaxtını işə sərf etməlisən”.

Yazıçı Sola Bellounun köməkçisi isə belə cavab yazıb:
“Cənab Bellou mənə deyib ki, ömrünün ikinci yarısında da aktiv şəkildə yazıçılıqla məşğuldur və sizin sorğularınız kimi işlərə vaxt ayırmır”.

Fotoqraf Riçard Avedon:
“Bağışlayın, mənim çox az vaxtım qalıb”.

Bəstəkar Corc Liqettinin köməkçisi:
“Corc hazırda aktiv şəkildə musiqi bəstələməklə məşğuldur, işlə yüklənib. Sizə yaradıcı insanlarla bağlı kitab yazmaqda kömək edə bilməyəcək. Sizə cavab yazmağa da vaxt tapa bilmədiyi üçün üzr istəyir”.

Vaxt – yaradıcılıq üçün başlanğıc materialdır. Yaradıcı insanlar bütün vaxtını buna yaratmağa həsr edirlər. Yaratmaq bütün günü, həftəni, 24 saatı ala bilər. Yaradıcılıq “məzuniyyət” və “bazar günü” tanımır. Yaradıcı insanlar yox deməyi bacarmalıdır. Amma “yox” deməyi bizə öyrətməyiblər...

Müəllif: Kevin Eşton

Hazırladı: Günel Əsgərzadə

Top