Evdə istidən xilas olmağın üsulları

Evdə istidən xilas olmağın üsulları

Yayın istisində adam evdən çıxmaq istəmir, amma bəzən mənzildə olmaq daha pisdir. Sizə mənzilinizdə sərinlik yaratmağın bir neçə yoxlanmış üsulunu təqdim edirik.

Pəncərəyə pərdə asın.
Otağın Fin saunasına çevrilməsinin səbəbi düz günəş şüalarıdır ki, onlar pəncərənin şüşəsindən keçir və otaqda havanı qızdırırlar. Bunun üçün pəncərələrə ağ kətan materialdan hazırlanmış qalın pərdələr asın. Ağ rəng günəş işığını əks etdirir, kətan isə öz sərinləşdirici effekti ilə məşhur olan ən yaxşı yay parçasıdır.

Jalyuzi asın.
Qalın pərdələr günəş şüalarının otağın dərinliyinə girməsinə əngəl olur, lakin onlar tam olaraq günəş şüalarını əks etdirmir. Amma horizontal metal jalyuzlər günəş işığını mükəmməl əks etdirir və otağı qızmadan müdafiə edirlər.


Şüşələri tonlaşdırın.
Pəncərənin şüşələrinə gündən qoruyucu nazik pərdələr yapışdırıb pərdəsiz və jalyuzisiz də keçinmək olar. Belə plyonkalar 80%-ə qədər istilik enerjisini və 99%-ə qədər ultrabənövşəyi şüaları əks etdirə bilir. Bir sözlə onlar içəridə ən günəşli və isti gündə rahat şərait təmin edə bilirlər. Gündən qoruyucu nazik pərdələrin fərqləndirici xüsusiyyəti metal tozlanmasıdır. Bu titan, paslanmayan polad və ya tunc ola bilər. Metaldan asılı olaraq bu tip pərdələrin fiziki və optik xüsusiyyətləri seçilir.

Pəncərələrə folqa yapışdırın.
Adi əlçatan folqa da isti yay günlərində günəş şüalarından qorunmağa imkan yaradacaq.


Ventelyator.
Müasir ventilyatorların arasında uşaqlar üçün təhlükəsiz və praktiki olaraq səssiz növlərə də rast gəlinir. Bəzi modellər taymerlə təchiz edilmişdir ki, avtomatik söndürməyə qədər vaxtı qurmağa icazə verir.

Məsləhət! Sərinliyin daha effektiv olması üçün əldəqayırma kondisioner hazırlamaq olar. Bunun üçün plastik butulkalarda su dondurmaq və onları ventilyatorun qabağına qoymaq lazımdır. Bir saata otaq daha sərin olacaq. Ventilyatorun qabağına butulkalardan başqa buz da qoymaq olar.

Tez-tez nəm təmizlik işləri aparın.
Buxarlanma vaxtı su havanı soyudur və otaqda havanın temperaturunu aşağı salır. Otağa nəm dəsmallar qoymaq, pəncərəyə nəm pərdələr asmaq olar. Siz həmçinin hava nəmləndiricisi əldə edə bilərsiniz, lakin onu da diqqətlə istifadə etmək lazımdır ki, otaq türk hamamına çevrilməsin.

Kondisioner.
Kondisioner bahalı, amma çox doğru və müasir seçimdir ki, onu köməyi ilə siz otaqda əziyyətsiz sərinlik yarada biləcəksiniz.

Hazırladı: Könül Zeynalova
Top