Bir çox hallarda orqanizminin fəaliyyətində müxtəlif pozulmalarla üzləşən insan hansı həkimə müraciət edəcəyini bilmir.
Bu səbəbdən insan həkimləri «gəzməyə» başlayır ki, nəticədə qiymətli vaxt itkisi baş verir. Nəhayət lazım olan mütəxəssisə düşdükdə məlum olur ki, xəstəlik artıq ağırlaşıb.
Ali tibbi təhsili olmayan insan xəstəliyin simptomlarını ayırd edə bilməz və, təbii ki, xəstəliyin dəqiq (hətta təxmini) diaqnozunu qoya bilməz. Bir çox xəstəliklərin simptomları bir birinə bənzəyir, bəzən hər hansı bir xəstəlik özünün ilk baxışdan bu xəstəliyə uzaq olan simptomlarla büruzə verir. Məsələn, insanda öskürək ürəkdə olan problemlərlə bağlı ola bilər, bəzi göz xəstəlikləri baş ağrıları ilə müşayiət olunur, nevroz zamanı insanda müxtəlif orqan və sistemlərinin xəstəliklərinə bənzər simptomlar meydana çıxa bilər və s.
Bir çox hallarda səhhətlə bağlı hər hansı narahatçılıq hiss etdikdə ilk növbədə terapevtə müraciət etmək lazımdır. Lazım olan müayinə və analizlərdən sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə göndərə bilər. Bir çox ölkələrdə ailə həkimləri var. Belə həkimlər ailələrə tibb nəzarət edirlər. Bu həkimlərə bütün ailə üzvləri səhhətlərində istənilən pozulma olduqda müraciət edir.
Lakin bəzi hallarda xəstə özündə müəyyən xəstəliyin simptomlarını hiss etdikdə məhz konkret bir xəstəliklər üzrə ixtisaslaşdırılmış həkimə müraciət edir.
Beləliklə, kim bizi müalicə edir?
Allerqoloq — müxtəlif növ allergiyalar (qida, müxtəlif maddələr, toz və s.) üzrə mütəxəssis.
Anestezioloq — cərrahiyyə əməliyyatları, ağır travmalar, şok vəziyyətləri və s. hallarda anesteziya (ağrısızlaşdırma, narkoz) ilə bağlı bütün məsələlərlə məşğul olur.
Qastroenteroloq — bütün mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağı xorası, öd daşı xəstəliyi, pankreatit, disbakterioz və s.) mülicə edir.
Proktoloq — düz bağırsaq və anus xəstəliklərini (babasil, qəbizlik, ishal, kolit, paraproktit, düz bağırsağı polipləri, meqakolon və s.) müalicə edir.
Hepatoloq — qara ciyər xəstəliklərinin (hepatitlər, qara ciyər sirrozu və s.) müalicəsində ixtisaslaşdırılmış həkim.
Ginekoloq — qadın cinsiyyət sistemi xəstəliklərini müalicə edir.
Mama-ginekoloq — hamilə qadının sağlamlığı və hamiləliyin inkişafı ilə bağlı olan bütün məsələlərlə məşğul olan həkim.
Mammoloq — süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.
Hematoloq — qan və qanyaratma sistemi xəstəliklərini və patologiyalarını (anemiyalar, hemofiliya, trombositopeniya və s.) müalicə edir.
Genetik — genlərlə bağlı olan müxtəlif xəstəlikləri və pozulmaları (Daun sindromu, fenilketonuriya, mukovissidoz, Edvards sindromu, Patau sindromu, Marfan sindromu və s.) araşdıran və müalicə edən həkim.
Gerontoloq — yaşlı insanların sağlamlığı ilə bağlı olan məsələlərlə (demensiya, osteoporoz və s.) məşğul olan mütəxəssis.
Dermatoloq — dəri xəstəliklərini (civzələr, ekzema, vitiliqo, dəmrov, qotur, piodermiya və s.) müalicə edən həkim.
Trixoloq — saç və baş dərisinin xəstəlikləri və pozulmaları ilə (keçəlləşmə, kəpək, saşların zəif olması və s.) məşğul olan həkim.
Ortoped — sümük-əzələ sistemi xəstəlikləri (yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s. ) müalicə edir.
Ortodont — ağızda dişlərin vəziyyətinin və yerləşməsinin patologiyalarını müalicə edən həkim.
Reanimatoloq — ən ağır vəziyyətlərdə (ürəyin dayanması, kliniki ölüm, suda boğulma, elektrotravma və s.) xəstənin həyatının xilas etməsi ilə məşğul olan həkim.
Travmatoloq — travmalar və travmalardan sonra inkişaf edən sindromların (sınıqlar,oloq — yenodoğulmuş uşaqlar üzrə mütəxəssis. Uşaq doğularkən səhhətini frivə inkişafını qiymətləndirir, anadangəlmə xəstəlikləri və pozulmaları () müalicə edir.
Endokrinoloq — əndokrin sistemi xəstəliklərini («zob» xəstəliyi, şəkərli diabet, hiperprolaktinemiya və s.) müalicə edən həkim.
Uroloq — qadınlarda sidik ifrazatı sistemi (böyrəklər, sidik kisəsi, sidik yolları, uretra), kişilərdə — sidik ifrazatı sistemi və cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, varikosele və s.) və kişi sonsuzluğunu müalicə edir.
Nefroloq — böyrək xəstəliklərini və patologiyalarını (qlomerulonefrit, böyrək daşı xəstəliyi, pielonefrit, nefrit, xroniki böyrək çatışmazlığı və s.) müalicə edir.
Androloq — kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir.
İnfeksionist — infeksion xəstəliklərini (dizenteriya, quduzluq, tetanus, botulizm, bruselyoz, gənə ensefaliti, virus hepatitləri və s.) müalicə edir.
Pulmonoloq — nəfəsalma orqanlarının xəstəliklərini (traxeit, bronxit, pnevmoniya, bronxial astma, plevrit və s.) müalicə edir.
Ftiziatr — vərəm xəstəliyinin müxtəlif növlərinin (dəri vərəmi, cinsiyyət orqanlarının vərəmi, bağırsaq vərəmi və s.) diaqniostikasında və müalicəsində ixtisaslaşdırılmış həkim.
Otolorinqoloq (LOR) — müxtəlif qulaq, burun və boğaz xəstəliklərini (tonzillit, faringit, laringit, otit, haymorit, frontit və s.) müalicə edir.
Fleboloq — damar xəstəliklərinin müalicəsində (varikoz xəstəliyi, tromboflebit və s.) ixtisaslaşdırılmış həkim.
İmmunoloq — immun sisteminin pozulmalarını (immunodefisitlər, allegik xəstəliklər və s.) müalicə edir.
Reproduktoloq — qadın və kişi reproduktiv sistemi pozulmalarının (sonsuzluq, hamiləliyin sona qədər çatdırılmaması halları, inkişafdan qalmış hamiləlik və s.) müalicəsi. Əkstrakorporal mayalanma üsullarının həyata keçirilməsi.
Parazitoloq — müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəliklərini (askaridioz, lyamblioz, xlamidioz, opistorxoz, exinokokkoz və s.) müalicə edir.
Mənbə: saglamolun.az