Məşhur adamlar həyatlarının böyük hissəsini təyyarərlərdə və otellərdə keçirirlər, onlar otel seçməyi yaxşı bacarırlar. Ulduzların üstünlük verdiyi 5 müxtəlif oteli sizə təqdim etmək istərdik.
Keyt Moss Pxuket (Tailand) adasında yerləşən “Amanpuri” otelini seçir. Bu oteldə həmçinin şahzadə Uilyam və Tayger Vuds da qalıblar. Bu oteldə bir gün qalmağın qiyməti cəmi 930 dollardan başlayır…
Madonna Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “St.Regis” otelini seçir. Madonnadan savayı Hayd Parkın yaxınlığında yerləşən bu lyuks oteldə, Cim Kerri, Kayne Uest və Leonardo Di Kaprio kimi məşhurlar da qalıb. Bu oteldə bir gün qalmağın qiyməti cəmi 620 dollardan başlayır…
Castin Timberlaykın seçimi ABŞ-ın Florida ştatında yerləşən Mayami şəhərindəki “Delano” otelidir. Bu oteldə bir gün qalmağın qiyməti cəmi 370 dollardan başlayır…
Cenifer Lopes Parisdəki “Le Meurice” otelini seçir. Bu oteldə bir gün qalmağın qiyməti cəmi 840 dollardan başlayır…
Bred Pitt Moskvadakı “Ritz Carlton” otelini seçir, bu otel Moskvanın mərkəzində ən elitar yerlərdən birində yerləşir. Bu oteldə bir gün qalmağın qiyməti cəmi 430 dollardan başlayır…