Dəniz suyunun tərkibində 104 element və mineral var. Dərinin məsamələrindən nüfuz edən su bədən funksiyalarını tarazlayır.
Bu səbəbdən dənizə girmək bədən üçün çox faydalıdır. Dəniz suyu, yalnız bioloji xəstəliklərin deyil, eyni zamanda bir çox psixoloji xəstəliklərin də şəfası ola bilər.
Türkiyə mətbuatına istinadən verilən xəbərdə bildirilir ki, dəniz suyu sızanaqların təmizlənməsinə də kömək edir. Buna görə estetik və gözəllik mərkəzlərində dəniz suyundan istifadə edilir.
Göbələk kimi mənfi faktorlardan bədəni təmizləyir.
Dəniz suyu ayaq qoxusu və tər qoxusunun da qarşısını alır.
Diş ağrıdığı zamanı dəniz suyunu ağızda qarqara etdikdə ağrının qarşısı alınır. Ağızda olan yaraların tez sağalmasına kömək edir.
Dəniz suyunda olan yod immuniteti də gücləndirir.